“Paytaxt Bakı, onun rayonları, qəsəbə və kəndləri, eyni zamanda, respublikamızın bütün rayon və kəndləri Sizin böyük diqqət və qayğınız nəticəsində gündən-günə abadlaşır və inkişaf edir. Əhalinin maddi rifah halı getdikcə yaxşılaşır. Bütün bunlar, eləcə də gördüyünüz digər mühüm işlər, beynəlxalq aləmdə böyük siyasi xadim kimi misilsiz şöhrət qazanmağınız milyonlarla azərbaycanlıdan biri kimi, mənim də qəlbimi sonsuz iftixar və qürur hissi ilə doldurur. İşlərinizin çox olduğu bir vaxtda imkan taparaq ölkəmizin müxtəlif bölgələrinə etdiyiniz səfərlər, sadə insanlarla görüşləriniz Sizə ümumxalq məhəbbəti qazandırıb.
...Belə bir unudulmaz sevinc yaşadığım rayonun əhalisinə də nəsib oldu. İyunun 4-də verdiyiniz Sərəncam Ağcabədi sakinlərinin hədsiz sevincinə səbəb olmaqla hər birimizin qəlbində silinməz izlər buraxıb. Bütün bunlara görə Sizə dərin minnətdarlığımı, təşəkkürümü bildirirəm”. Bu sözlər Ağcabədi rayonunun Avşar kəndindən Prezident İlham Əliyevə məktub yazan Hüseynov Ədalət Hüseyn oğluna məxsusdur.
Baki-xeber.com