Məlum olduğu kimi, iyunun 18-də “Şərq Tərəfdaşlığı” ölkələrinin videokonfrans formatında Sammitində çıxış edən Paşinyan daha bir yalana imza atıb. O, Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək, bu qərarda guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olunduğunu iddia edib.
O, həmçinin, Ramil Səfərovun Azərbaycana ekstradisiyası və onun öz ölkəsində qəhrəman kimi qəbul olunmasından narazılığını bildirib. Ancaq Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdıran Paşinyan unudur ki, beynəlxalq səviyyəli məhkəmənin qərarını təhrif etmək yolverilməzdir və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında da Azərbaycana qarşı irqçiliklə bağlı hər hansı bir ittiham irəli sürülməyib. Bu məhkəmənin qərarında irqçilik ittihamı əsasında Azərbaycanın hər hansı bir dövlət məsuliyyətinin də olduğu qeyd edilməyib. Qərarda baş vermiş hadisənin fərdi davranış əsasında törədildiyi qeyd olunub. Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçilikdə ittihamı edən Paşinyan növbəti dəfə özünü yalan və saxtakarlıqda ifşa etdi.
Bildiyimiz kimi, “Şərq Tərəfdaşlığı” ölkələrinin videokonfrans formatında Sammitində iştirak edən Prezident İlham Əliyev çıxışında Paşiyanı ifşa edib: “Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın Baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar”.
Prezident İlham Əliyev, həmçinin, Karapetyan soyadlı cinayətkarın 2001-ci ildə Ermənistan Prezidenti tərəfindən əfv edildiyi məsələsinə də toxunub: “Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan Prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim. Burada çıxışımı yekunlaşdırıram”.
Ölkə başçımızın Paşinyanın yalanını üzünə çırpması erməni Baş nazirə böyük bir dərs olmalıdır.
“Bilirik ki, sözügedən məhkəmənin Azərbaycana qarşı heç bir iradı, ittihamı yoxdur”
Paşinyanın Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını təhrif etməsinə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyan öz ənənəvi xislətinə sadiq qalaraq, dünya ictimaiyyətini çaşdırmağa çalışıb. Sözügedən qərarda Azərbaycana qarşı irqçiliklə bağlı hər hansı bir iradın bildirilmədiyini vurğulayan A.Nağı hesab edir ki, tarixən Azərbaycanda irqçiliklə bağlı heç bir problem olmayıb, əksinə, Ermənistan irqçi ölkə kimi özünü göstərib və bunun nəticəsidir ki, bu gün bu ölkədə ermənilərdən, bir də erməniləşdirilmiş yezidi kürdlərdən başqa xalq yoxdur. “Bütün ermənilər kimi, Paşinyanın da fərqləndirici xüsusiyyətlərindən biri və birincisi yalan danışmaqdır. O utanmadan, qızarmadan, heç bir məsuliyyət daşımadan istədiyi beynəlxalq təşkilatın tədbirində istənilən beynəlxalq qurumun çıxardığı qərarı təhrif edə, saxtalaşdıra bilir. Birinci dəfə deyil ki, Paşinyan hansısa qərarı saxtalaşdırır, təhrif edir, bu onun erməni xislətindən, mahiyyətindən irəli gələn haldır. Ermənilər son yüz ildə ancaq bu yalan, saxtakarlıq, təhrif “model”indən istifadə edirlər, yalan danışmaqla məşğuldurlar. Paşinyan özü hakimiyyətə yalan, saxtakarlıq üzərində, saxta “şou”lar göstərərək, yalan vədlər verərək gəlib. Onları da yerinə yetirə bilmədiyi üçün bu cür iftiralar söyləyir. Bir müddət əvvəl Paşinyan Avropa Şurasının toplantısında utanmadan, qızarmadan tribunadan bəyan etdi ki, guya ermənilər Azərbaycanın müxtəlif rayonlarından, o cümlədən də Bakıdan çıxarkən burada “qırılıb, məhv edilib, yüzlərlə adam öldürülüb, işgəncə verilib”. Bu böyük yalanın ardınca da Paşinyan daha bir ağ yalan danışdı. Guya azərbaycanlılar Ermənistandan deportasiya edilərkən bir nəfərin belə burnu qanamayıb, çox “mədəni şəkildə” Ermənistan hökuməti onların çıxmasına şərait yaradıb. Əlbəttə ki, bu həqiqət deyil və Paşinyanın yalanlarından, faktları təhrif etməsindən biridir. O tamam ağ yalan danışır.
Rusiyanın “Memorial” təşkilatı var və dünya tərəfindən tanınan, rəyi qəbul edilən bir qurumdur. Avropanın bir çox qurumu var ki, həmin dövrdə azərbaycanlılar Ermənistandan deportasiya edilərkən statistika tərtib edib. Həmin statistikada 216 nəfər azərbaycanlının ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildiyini etiraf ediblər. Bu fakt artıq beynəlxalq qurumların rəsmi sənədlərində əksini tapıb. Ortada bu cür faktlar ola-ola, Paşinyan yenə də utanmadan yalan danışır, həqiqəti təhrif edir. Hesab edirəm ki, Paşinyan “Şərq Tərəfdaşlığı” ölkələrinin videokonfrans formatında Sammitindən sui-istifadə edərək Avropa İnsan Hüquqları Məhkəməsinin Ramil Səfərovla bağlı qərarını təhrif və guya Azərbaycana qarşı “irqçilik”lə bağlı “ittiham” irəli sürüldüyünü iddia edib. Biz Paşinyanın bütün səviyyədə cavabını verməli və əlimizdə olan bütün ifşaedici sənədləri yenidən beynəlxalq qurumlara təqdim etməliyik. Paşinyanın Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını bu şəkildə saxtalaşdırması, təhrif etməsi yolverilməzdir və bununla bağlı həmin təşkilat özü də reaksiya verməlidir. Bilirik ki, sözügedən məhkəmənin Azərbaycana qarşı heç bir iradı, ittihamı yoxdur. Ermənilərin uzunmüddətli israrından, müraciətindən sonra məhkəmə Ramil Səfərov məsələsinə reaksiya verib və bunun fərdi zəmində bir hadisə olduğunu qeyd edib. Orada Ramil Səfərovun erməni təxribatçısını qətlə yetirməsindən guya onun qohumları, yaxınları zərər çəkib, Avropa İnsan Hüquqları Məhkəməsi də onlara Azərbaycan tərəfindən maddi yardımın verilməsi ilə bağlı qərar çıxarıb. Bizim pulla o məbləğ də təxminən 31 min manat edir. Bununla da bağlı Azərbaycan Xarici İşlər Nazirliyi dərhal cavab verdi ki, Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı bu qərar heç bir fakta söykənməyən bir qərardır, bu qərardan Azərbaycan şikayət edəcək, bu qərar yerinə yetirilməyəcək. Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı bu qərarın da heç bir əsası yoxdur. Ona görə də ermənilər çox istəyirlər ki, Azərbaycana qarşı məhkəmələr qurulsun, ölkəmiz “irqçilik”, “etnik təmizləmə”, guya ermənilərə qarşı hansısa məsələlərdə ittiham edilsin. Lakin əllərində heç bir fakt olmadığı üçün, heç bir beynəlxalq məhkəməyə də müraciət edə bilmirlər”.
A.Nağı qeyd etdi ki, əslində, bizim əlimizdə erməniləri irqçilikdə, etnik təmizləmədə ifşa etmək üçün kifayət qədər fakt, sənəd, əsas var. Azərbaycanın bu faktlar əsasında beynəlxalq məhkəmələrə müraciət etməli olduğunu deyən A.Nağının sözlərinə görə, qoy beynəlxalq aləm ermənilərin necə cinayətlər törətdiyini, etnik təmizləmə, irqçilik kimi qəbuledilməz siyasət yürütdüklərini görsünlər, bilsinlər.
“Bir faktı deyim. Dünən bir məlumat yayıldı ki, Böyük Britaniyadan olan bir professor, kral vəkili, beynəlxalq hüququ yaxşı bilən tanınmış hüquqşünas Malkolm Şounun rəhbərliyilə hazırlanan məruzə BMT-nin Baş Qərargahında BMT-nin sənədi kimi nəşr edilərək paylandı. Həmin sənəddə bizim etməli olduğumuz işi beynəlxalq hüquq mütəxəssisi, beynəlxalq cameənin nümayəndəsi görüb və o məruzəni hazırlayaraq BMT-yə təqdim edib. O, sənəddə açıq şəkildə göstərir ki, Ermənistan Azərbaycana qarşı təcavüz aktı törədib, Azərbaycan torpaqlarını işğal edib, Dağlıq Qarabağda qondarma, oyuncaq bir rejim yaradıb, öz işğalçılıq, təcavüzkar siyasətini bu oyuncaq rejimin arxasında gizlətməyə çalışır. Sənədin sonunda da bildirir ki, insanlığa qarşı törətdiyi cinayətlərə, soyqırımlara görə onu törədən şəxslər fərdi qaydada Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb oluna bilər. Biz bunu etməmişik. Yəni artıq bunu bizə beynəlxalq hüquq üzrə xarici mütəxəssislər təklif edirlər. Həmin sənəddə törədilən cinayətlərə görə Ermənistanın dövlət kimi məsuliyyətindən danışılır, eyni zamanda da o cinayətləri törədən ayrı-ayrı şəxslərlə bağlı Azərbaycanın milli strukturları yüzlərlə qərar çıxarmalı idi. O vaxt Köçəryan, Sarkisyan, Samvel Babayan o cinayətlərdə iştirak ediblər. Azərbaycan bunlarla bağlı qərar çıxarıb beynəlxalq ictimaiyyətə təqdim etməlidir. Bu sənəddə maraqlı bir məqam var ki, Azərbaycan özü də bunlar haqqında qərar çıxara bilər, eyni zamanda, Azərbaycanın müraciətilə hansısa bir üçüncü ölkənin məhkəməsi bu hərbi cinayətkarlarla, soyqırım törədənlərlə bağlı fərdi qərar çıxara bilər. Biz bu praktikadan istifadə etməliyik. Bütün beynəlxalq hüquq mexanizmlərindən istifadə edərək Azərbaycan Ermənistan dövlətini məhkəməyə verə bilər. Biz bu gün Avropa İnsan Hüquqları Məhkəməsinin vasitəsilə bu məsələni gündəmə gətirə bilərik, yaxud Azərbaycan dövlətinin təşəbbüsü ilə Haaqa Tribunalı kimi mexanizm yaradıla bilər. Yəni bu işləri görməliyik ki, ermənilər də, Paşinyan da bu cür tribunalardan istifadə edərək Azərbaycana qarşı qondarma ittihamlar irəli sürə bilməsinlər. Yenə də deyirəm ki, Paşinyanın söylədikləri həqiqət deyil, o, Avropa İnsan Hüquqları Məhkəməsinin mövcud qərarını bilərəkdən təhrif etməklə beynəlxalq aləmi öz yalanlarına, saxtakarlığına inandırmağa cəhd göstərir. Bu gün ermənilər müxtəlif yollarla Ramil Səfərovla bağlı məsələni qaldırmaq istəyirlər, amma bütün instansiyalardan onlara haqlı olmadıqlarını deyirlər. Sonuncu qərara gəlincə, ermənilər Avropa İnsan Hüquqları Məhkəməsini o qədər bezdirdilər ki, o da belə qeyri-müəyyən bir qərar verdi. Ermənilər bundan istifadə etmək istəyirlər, amma nail ola bilməyəcəklər” - deyə A.Nağı qeyd etdi.
İradə SARIYEVA