“Rayonumuzda tərtərli gənclərin və idmançıların uzun illərdən bəri həsrətində olduğu möhtəşəm Olimpiya İdman Kompleksinin tikilib istifadəyə verilməsi bizə sonsuz sevinc hissləri yaşatdı. Bu Olimpiya İdman Kompleksi tərtərli gənclərin sağlam həyat tərzi sürmələrində, onların idmana marağının artmasında mühüm rol oynayacaq. Kompleksdə olan müxtəlif idman yarışlarının keçirilməsi üçün universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu gənclərimizin ölkə daxilində və beynəlxalq arenada keçirilən idman yarışlarında uğur qazanmalarına zəmin yaradır. Biz idman yarışlarına ev sahibliyi də edəcəyik, idmanın kütləviliyini təmin edərək, gənclərimizin fiziki və mənəvi sağlamlığını qoruyacağıq”.
Bunları Tərtər rayonundan Emin Pənahov Prezident İlham Əliyevə ünvanladığı müraciətdə qeyd edib. O, cəbhə bölgəsində yaşayan gənclərə göstərdiyi diqqət və qayğıya görə Tərtər rayonunun çoxsaylı gəncləri və idmançıları adından Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirir: “Gənclərimiz bütün sahələrdə Sizin diqqət və qayğınızı hiss edir və Sizi dəstəkləyirlər”.
Baki-xeber.com