“Mən Sizin “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında 2020-ci il 8 iyun tarixli Sərəncamınızı oxuyarkən qəlbim çox böyük fərəh və qürur hissi ilə doldu. Çünki nəinki Qafqazda və Azərbaycanda, habelə bütün dünyada çox nadir tarixi mədəniyyət nümunəsinə yeni həyat vermək ancaq Sizin kimi torpağını, tarixini sevən böyük şəxsiyyətlərə qismət olur… Beşbarmaq dağı çox böyük bir tariximizin möhtəşəm bir parçasıdır. Bu müqəddəs məkanda Musa və Xızır peyğəmbərlərin görüşdüyü yer, eramızın əvvəllərində tikilmiş Beşbarmaq səddi və saymaqla bitməyən digər tarixi abidələr yatır”.
Bu sözlər Bakının Nərimanov rayonundan Prezident İlham Əliyevə müraciət ünvanlayan tarix üzrə fəlsəfə doktoru Hacıyev Füzuli Mirzə oğluna məxsusdur.
Tarixçi alim bu sərəncamın tarixə münasibətin möhtəşəm nümunəsi olduğunu qeyd etməklə yanaşı, buna görə ölkə başçısına minnətdarlığını bildirir.
Baki-xeber.com