çərşənbə günü, 28 oktyabr 2026
     

“Bugünkü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır” - Vüqar Rəhimzadə

Image


“Azərbaycan 1991-ci il oktyabrın18-də dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin ilk illərində ölkəmizə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan diletant şəxslərin rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedir, ərazilərimiz Ermənistan silahlı birləşmələri tərəfindən bir-birinin ardınca işğal olunurdu.

Orduda fərarilik artır, vəziyyət gündən-günə ağırlaşırdı. Silahlı qüvvələr torpaqlarımızın deyil, hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı siyasi qüvvələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Müstəqilliyini yenicə əldə etmiş gənc respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə bir an belə səngimirdi. Bir sözlə, 27 il öncə Azərbaycanın dövlətçilik tarixində faciəli günlər yaşanırdı.1992-ci ildə hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyü ilk gündən özünün qeyri-peşəkar və destruktiv fəaliyyəti ilə ölkəni idarə etmək imkanında olmadığını hər addımında nümayiş etdirirdi.

1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaşandı. Ölkənin belə ağır günündə xalq dahi şəxsiyyət Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli Lider xalqıntəkidli tələb və dəvətini qəbul etdi və iyunun 9-da Bakıya qayıtdı. Ulu Öndər çox qısa zamanda ölkəmizdə vətəndaş müharibəsinin qarşısını aldı. 1993-cü il 15 iyun tarixində dahi rəhbər Heydər ƏliyevAzərbaycan Respublikası Ali Sovetinin Sədri secildi. Beləliklə, 15 iyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın təkidli tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda 15 iyun tarixini milli qurtuluş bayramı günü kimi rəsmiləşdirdi”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki,15 iyun 1993-cü il Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb:” Həmin dövrün hadisələrinin şahidi olanlar, çətinliyini yaşayanlar üçün bu tarix sözün əsl mənasında qurtuluş, Azərbaycan xalqının ölüm-dirim mübarizəsində qalibiyyətin başlanğıcı tarixidir. 15 İyun - Milli Qurtuluş Günü hər bir azərbaycanlıya milli qürur, iftixar hissləri bəxş edən gündür. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi tənəzzüldən xilas etdi. Digər tərəfdən, torpaqlarmızın işğalına son qoyuldu. Bir sözlə, xalqımız ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək Milli Qurtuluşun açdığı yolla gələcəyə, perspektivlərə doğru səfərbər oldu”.

Baş redaktor vurğulayıb ki, sabitliyi hər bir ölkənin inkişafının əsası kimi önə çəkən Ümummilli Lider ölkədə daxili sabitliyin yaradılmasına səy göstərdi:”Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi. Bu mühüm amil isə ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin tərəddüdlərinin aradan qaldırılmasını şərtləndirdi. Ümummilli Liderin “acıq qapı” siyasəti Azərbaycana yeni-yeni dostlar, tərəfdaşlar qazandırdı. Belə ki, dünya təcrübəsinə istinad edərək heç bir ölkənin səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail olmasının mümkünsüzlüyünü önə çəkən ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycanın davamlı iqtisadi inkişafının əsası qoyuldu, dünya iqtisadi sisteminə inteqrasiya sürətləndi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Təbii ki, bu mühüm addımın əsasında dayanan amillərdən biri də Ümummilli Liderin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması dayanır. Bunun sayəsində ölkəmiz həm daxili sabitliyini möhkəmləndirdi, həm də digər sahələrin inkişafı istiqamətində mühüm addımların atılmasına nail oldu”.

V.Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana bir-birindən əhəmiyyətli ugurlar qazandırıb:”Qısa xronologiya əsasında bu fikri böyük inamla qeyd edə bilərik ki, “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi və siyasi nüfuzunun artmasında, yeni-yeni layihələrin gündəmə gətirilməsi əsasında əməkdaşlığımızın coğrafiyasının genişləndirilməsində mühüm rol oynadı. Artıq bu gün Azərbaycan beynəlxalq əməkdaşlığın nümunəsi olan Cənub Qaz Dəhlizinin reallaşmasında fəal iştirakı ilədünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri ilə diqqətdədir”.

“Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqının illərlə ürəyində gəzdirdiyi arzusunu - təbii sərvətlərinin əsl sahibinə çevrilməsini gerçəkləşdirdi”- söyləyən V.Rəhimzadə bildirib ki,Ümummilli Lider neftin xalqın sərvəti olaraq indiki və gələcək nəsillərə məxsusluğunu xüsusi vurğulayaraq böyük uzaqgörənliklə Dövlət Neft Fondunun yaradılmasına nail oldu. Bu gün aktivlərinin həcmi 41 milyard dollardan artıq olan Fondun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir.

V.Rəhimzadə ölkəmizin iqtisadi tərəqqisində siyasi islahatların rolunu da xüsusi qeyd edib. Bildirib ki, Ümummilli Lider iqtisadi və siyasi islahatların vəhdətliyini qorumaqla bugünümüz üçün möhkəm baza formalaşdırıb:“Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçən Azərbaycanda bütün demokratik təsisatlar formalaşdırılmış, inkişafı istiqamətində ciddi addımlar atılmışdır. İnsan hüquq və azadlıqlarının təmin edilməsi, azad mətbuatın inkişafına imkanların yaradılması, çoxpartiyalı sistemin formalaşdırılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun təşkili də deyilənlərin təsdiqidir. 1995-ci il noyabrın 12-də müstəqil dövlətimizin Konstitusiyasının qəbulu dövlətçiliyimizin əsaslarının qurulmasına geniş imkanlar açdı. 1998-ci ildəsenzuranın ləğviazad mətbuatın inkşafında yeni mərhələnin başlanğıcı oldu. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzvqəbul olunmaqla demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədi. 2003-cü ildə Seçki Məcəlləsinin qəbulu ölkəmizdə bütün seçki proseslərinin, ümumxalq səsverməsinin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsini şərtləndirdi. Bir mühüm məqamı xüsusi qeyd etmək istərdim ki, mətbuatı cəmiyyətin güzgüsü kimi dəyərləndirən Ümummilli Lider bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıya görə 2002-ci ildə“Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür”.

V.Rəhimzadə dahi şəxsiyyətin xidmətlərindən söz açarkən bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcırola malik olan, sıralarında 750 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd edib:”Xalqin istəyi, zamanın tələbi ilə 1992-ci il noyabrın 21-də yaradılan partiyanın qısa zamanda milyonların partiyasına çevrilməsi Heydər Əliyev siyasətinin və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən“91-lər”in müraciəti əsasında yaradılan YAP-ın ötən bu illər ərzində tutduğu yola sadiqliyi,dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul etməsixalqın partiyaya dəstəyini günbəgün artırır. Ümummilli Liderin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlərdə öz aktuallığını qoruyur. Son 16 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə YAP inkişaf edir, yeni-yeni hədəflərin gerçəkləşməsinə böyük töhfələr verir. YAP tariximizə qələbələr partiyası kimi daxil olub və bu mövqeyini ölkəmizdə keçirilən seçkilərdə qazandığıuğurlarla daha da möhkəmləndirir.

Ulu öndər Heydər Əliyevin xidmətlərini bir sual, yaxudbir yazı çərçivəsindəəhatə etməyin mümkünsüzlüyünü vurğulayan baş redaktor bildirib ki, Ümummilli Liderinfəaliyyətinin hər bir sahəsi tədqiqat mövzusudur: «Çünki Azərbaycana hansı sahədən diqqət yetirsək, əldə olunan uğurlar dahi şəxsiyyətin adı ilə bağlıdır. Ümummilli Lider düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın müstəqilliyini daimi və əbədi etdi, bir dövlət olaraq dünya birliyində yerini və rolunu möhkəmləndirdi, dünyaya günəş kimi doğmasına yol açdı. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın biramal-azərbaycançılıq ideyası ətrafında sıx birliyinə, bir mərkəzdən idarə olunnmasına nail oldu. Bu gün böyük inamla bildiririk ki, güclü, qüdrətli Azərbaycan bütün dünya azərbaycanlılarının qürur mənbəyidir”.

V.Rəhimzadə onu da qeyd edib ki,Ulu Öndər hakimiyyətə qayıdışı ilə Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının aradan qaldırılnasını təmin etdi. Ermənilərin əsl siması dünyaya açıqlandı. Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanması fonunda həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində əsas amillərdən olan beynəlxalq dəstəyi təmin etdi. Bununla bərabər, müstəqilliyimizin, suverenliyimizin təminatçısı kimi ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer tutması məhz həmin dövrdə yaradılan möhkəm təmələ əsaslanır.

Baş redaktor vurğulayıb ki, Heydər Əliyev yolu Azərbaycana davamlı uğurlar qazandırır:”2003-cü ildən başlanan Böyük Yolun davamı yeni-yeni hədəflərin gerçəkləşməsində özünü təsdiqləyir. Möhtərəm Prezidentimiz İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam edəcəyi vədini vermişdi. Bu vədə sadiqlik cənab İlham Əliyevin 2008, 2013, 2018-ci illərin prezident seçkilərində qələbəsinin təminatında öz aydın ifadəsini tapır. Azərbaycan son 16 ildən artıq dövrdə 1993-2003-cü illərdə yaradılan möhkəm təməl üzərində daha böyük uğurlara imza atıb. Böyük inamla qeyd edirik ki, bugünkü Azərbaycan Ümummilli Liderin görmək istədiyi Azərbaycandır. Bütün sahələrdə davamlı uğurlara imza atan ölkəmizin yeganə problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Təkcə son illərin diplomatik uğurlarına diqqət yetirsək, Azərbaycanın ədalətli mövqeyinə dəstəyin artdığını inamla qeyd edə bilərik. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünə ev sahibliyi və ikiil quruma sədrliyi öz üzərinə götürməsi,dövlətimizin başçısı İlham Əliyevinən yüksək tribunalardan “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək bəyan etməsi işğalçı Ermənistana ciddi mesajdır. Xalqımız tam əmindir ki, dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətində olacaq. Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın istər ölkə daxilində, istərsə də beynəlxalq çərçivədə gördüyü işlər də malik olduğu imkanları bir daha ortaya qoydu.Azərbaycan hər bir çətinlikdən üzüağ, az itki ilə çıxmaq imkanındadır”.

V.Rəhimzadə Azərbaycana uğur qazandıran Heydər Əliyev ideyalarının təbliği missiyasını uğurla həyata keçirən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinə də diqqəti yönəldib. Bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycan dövlətçiliyinin inkişafında, tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində rolu böyükdür. Heydər Əliyev siyasətinin uğurlu icrasına, irsinin təbliğinə öz davamlı töhfələrini verən Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir.

Baş redaktor ümumiləşdirmə apararaq bu qənaətə gəlir ki, illər keçdikcə ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin nə qədər böyük olduğu aydın görünür, bu yolun hələ qarşıdakı illərdəAzərbaycana daha möhtəşəm uğurlar qazandıracağı inamla qeyd edilir:“Müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir. 15 iyun 1993-cü ildən başlanan inkişaf dövlətçilik tariximizin şanlı səhifələrini təşkil edir. Xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il Azərbaycanın davamlı uğurları fonunda yüksək əhval-ruhiyyə ilə qeyd edir. Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!”



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ