Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məskunlaşan Xocalı rayonundan məcburi köçkün, şəhid oğlu Behbudov Vaqif də Prezident İlham Əliyevə müracət edib.
“…Mən şəhid oğluyam, atamın şəhid olmasından üç ay sonra dünyaya gəlmişəm. Atamın adını mənə qoyublar və bununla fəxr edirəm. Həm də ona görə fəxr edirəm ki, dünyanın heç bir ölkəsində şəhid ailəsinə bu qədər diqqət və qayğı göstərilmir. Bu qayğını Sizin yürütdüyünüz uğurlu sosial siyasətin məntiqi nəticəsi kimi qiymətləndirmək olar. Şəhid ailələrinin hər birinə göstərilən diqqət və qayğı bizlərdə qürur, fərəh hissi yaradır.
Siz çıxışlarınızda hər bir şəhidin və onun ailəsinin Azərbaycan dövləti və xalqı üçün son dərəcə dəyərli olduğunu qeyd edirsiniz. Sizin şəhid ailələri ilə görüşləriniz bu qayğının tükənməz olduğunu göstərir. Buna görə də bizim - şəhid ailələrinin yaşayışı ildən-ilə yaxşılaşır. Biz şəhid ailələrinin problemlərinin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən məmnunluq hiss duyuruq və əhatə olunduğumuz qayğıya görə Sizə minnətdarlığımızı bildiririk”-deyə Behbudov Vaqif müraciətində bildirir.
Bakı-xeber.com