“Həyatımı dəyişən xəbəri və o günü xatırladıqca ilahi ədalətin var olduğuna bütün ruhumla təkrar-təkrar inanıram. Həyat qayğılarımın hökm sürdüyü və ömrümün eniş dövründə, üstəlik, bütün bunlardan əlavə, sağlamlığımın mənimlə savaşa qalxdığı bir vaxtda bir xəbər oxudum: Prezident mükafatçısı olmuşam. Həmin anı və o anın yaşatdığı hissləri ifadə etməyə nə mənim, nə də qələmimim gücü çatar. Təkcə onu deyim ki, o xəbər yaralarıma məlhəm, yorğunluqdan bükülən dizlərimə güc oldu, məni həyata bağladı, mübarizəyə səslədi”.
Bu fikirlər Şəmkir rayonunun Bayramlı kəndindən Prezident İlham Əliyevə məktub yazan I qrup əlilliyi olan şəxs, Prezident mükafatçısı Quliyeva Mətanət Elşən qızına məxsusdur.
Bütün bunlara görə ölkə başçısına minnətdar olduğunu deyən Prezident mükafatçısının yazdığına görə, ölkə başçısının əlilliyi olan şəxslər üçün yaratdı çoxşaxəli imkanlar və bu istiqamətdə aparılan işlər bir daha imkan yaradır ki, bu qəbildən olan hər bir şəxs cəmiyyətdə öz yerini tutsun. “Ürəklə deyə bilərəm ki, bu gün mənim kimi gənclərin hədəflərinə doğru addımlaması üçün heç bir əngəl yoxdur. Bizim Sizə, Sizin qayğınıza hər zaman ehtiyacımız var”-deyə M.Quliyeva məktubunda qeyd edib.
Baki-xeber.com