çərşənbə günü, 28 oktyabr 2026
     

Koronavirus Ermənistanı tamamilə çökdürür, Paşinyan hakimiyyətinin isə axırına çıxır...

Image


Cənubi Qafqaz ölkələri arasında bu gün yalnız Ermənistanda koronavirus pandemiyasının səhiyyə sistemini çökdürdüyü müşahidə edilir. Hazırda Ermənistan Cənubi Qafqazda koronavirusla bağlı ən dramatik vəziyyətin hökm sürdüyü ölkədir. Əslində, dünya miqyasında da Ermənistan ən pis durumda olanlar sırasındadır. Belə ki, bir milyon əhalinin payına düşən koronavirusa yoluxma hallarının sayına görə Ermənistan dünyada 22-ci yeri tutur. Halbuki, bir milyon əhalinin payına düşən ölüm hallarının sayına görə Ermənistan iyunun 5-də dünyada 37-ci yeri tuturdu. Amma bu gedişlə, virusdan həyatını itirənlərin sayının sürətli artımının Ermənistanı daha pis sıralara gətirəcəyi şübhə doğurmur. Özü də bu hesablamalar yalnız rəsmi rəqəmlər əsasında aparilib.

Rəsmi rəqəmlərə əsasən, ölkədə virusa yoluxanların sayı 15 minə çatır. Bugünədək 200 nəfərdən çox insan pandemiyanın qurbanı olub. Amma bu rəqəmlər, əslində reallığı tam əks etdirmir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan özü də etiraf edir. O etiraf edir ki, Ermənistanda yeni növ koronavirusa yoluxanların real sayı 100 min nəfərdən çoxdur. Onun sözlərinə görə, yoluxma və ölümlər, eləcə də aparılan datoloji analizlərin nəticələri göstərir ki, əslində Ermənistanda COVID-19 virusuna yoluxanların real sayı 100 min nəfəri keçib. Yeri gəlmişkən qeyd edək ki, Paşinyan fövqəladə vəziyyət üzrə komendaturanın son iclasından sonra ölkəsində vəziyyətin “cəhənnəmə çevrildiyini” açıqlayıb. Baş nazir ölkədə koronavirusa yoluxma hallarının kəskin artmasına görə səhiyyə sisteminin çökdüyünü, yeni xəstələri qəbul edə bilmədiyini, yüzlərlə xəstənin xəstəxanaya yerləşdirilmək üçün növbə gözlədiyini deyib. Onun sözlərinə görə, situasiya kritik həddi keçib və ölkə “cəhənnəmə çevrilib”. Paşinyana görə, virusun belə sürətlə yayılmasının səbəbi insanların təhlükəyə məhəl qoymaması və laqeydliyidir. Onun fikrincə, insanların davranışı dəyişmədən və epidemiya əleyhinə tədbirlərə sərt riayət olunmadan vəziyyəti dəyişmək mümkün olmayacaq:“Ermənistanda koronavirusa yoluxmuş 200-dək insan xəstəxanada müalicə olunmaq üçün növbə gözləyir. İki nəfər isə reanimasiyada yer olmaması səbəbindən ölüb. Ermənistanda səhiyyə sistemi o qədər yüklənib ki, xəstəxanalar artıq pasiyentləri qəbul edə bilmir. Acı həqiqətdir ki, təcili tibbi yardımın gecikməsi səbəbindən insanlar koronavirusdan dünyasını dəyişir. Bütün ciddi səylərimizə baxmayaraq, ölkə çox acınacaqlı vəziyyətə düşüb”.

Elə Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı da yazır ki, koronavirus Ermənistanı fəlakət həddinə çatdırıb. Qeyd edilir ki, Ermənistanda koronavirusa yoluxanların sayının dəhşətli dərəcədə artmasına görə baş nazir Nikol Paşinyanı ittiham edirlər:“Ermənistan parlamentində təmsil olunmuş müxalifət respublikada epidemiya ilə bağlı çox mürəkkəb vəziyyət yaranmasının və yaxşılaşma meyllərinin olmamasının səbəbi barədə hökumətdən izahat tələb edir. Parlamentdə təmsil olunmayan müxalifət isə bu vəziyyətə görə şəxsən Nikol Paşinyanı və onun hökumətini ittiham edir. Bu Nazirlər Kabinetində əvvəllər işləyənlərin bir qismi də Paşinyanın istefasını tələb edənlərə qoşulub. Özü yüngül formada koronavirusa yoluxmuş baş nazir isə yaranmış təhlükəli vəziyyətə görə məsuliyyəti əhalinin üzərinə yıxır. Onun fikrincə, əhali mövcud vəziyyətə qeyri-ciddi yanaşır və təhlükəsizlik normalarını pozur. Səhiyyə naziri Arsen Torosyan da kəskin tənqidə məruz qalıb. Müxalifət onu epidemiya siyasətini tamamilə iflasa uğratmaqda, səhvlərini etiraf etməyi və onları düzəltməyi bacarmamaqda ittiham edir. Torosyan özü bu günlərdə Gürcüstanın ünvanına koronavirusla bağlı qəribə bir bəyanat verib ki, bu bəyanat da beynəlxalq qalmaqala səbəb olub və nazir qonşu ölkədən üzr istəməyə məcbur olub. Bu dəfə isə Torosyan müxalifətçi deputatları təqsirləndirib. Onun fikrincə, məhz həmin deputatlar fövqəladə vəziyyət rejiminin uzadılmasına, yoluxanlarla təmasda olan şəxslərin aşkar edilməsi və maska taxmaq sistemi tətbiq edilməsinə mane olub, nəqliyyatın və müəssisələrin işinin bərpa olunmasını tələb ediblər. Nazir deyib: “Ermənistanın zəif inkişaf etmiş, onilliklər boyu kifayət qədər maliyyələşdirilməmiş səhiyyə sistemi, bununla belə, varlı ölkələrlə müqayisədə yüz qat yaxşı vəziyyətdə olub”. Bu durumda Paşinyan xalqa müraciət edərək vəziyyətin pisləşdiyini bildirib. Baş nazirin sözlərinə görə, tibbi müəssisələr həddən artıq yüklənib və tibbi yardıma ehtiyacı olan insanları qəbul edə bilmir. Təbii ki, bunlar Paşinyan üçün yaxşı nəticələnməyəcək”. Elə Rusiyanın “İzvestiya” qəzeti də qeyd edi rki, Paşinyan hökumətinin reytinqi karantinə qədər də düşürdü, indi də düşür. Politoloq Artur Atayev məsələ ilə bağlı “İzvestiya”ya deyib: “Ermənistan koronavirus üzrə rekordçudur. Hazırda Ermənistan koronavirusa yoluxanların və bu səbəbdən ölənlərin sayı üzrə Zaqafqaziyada birinci yeri tutur”. Qəzet daha sonra yazır ki, ölkədə infeksiyanın yayılmasına qarşı mübarizə üzrə radikal tədbirlər görülməsinə baxmayaraq, nə məmurlar məhdudiyyətlərə riayət edirdi, nə də sakinlər:“Məmurlar özləri səhlənkar münasibətə təhrik edirdilər. Səhiyyə naziri Arsen Torosyan yazın əvvəlində keçirdiyi mətbuat konfransında bu tədbirə maska taxmış vəziyyətdə gəlmiş jurnalistləri lağa qoyurdu. Torosyan bildirirdi ki, koronavirusu təhlükəli hesab etmir. O deyirdi:“Spesifik dərmanlar lazım deyil. Ümumiyyətlə, onu adi qrip kimi müalicə edirlər”. Başqa siyasətçilər də məhdudlaşdırıcı tədbirlərə məhəl qoymurdular. Məsələn, ötən ay Ermənistan parlamentinin deputatları arasında vuruşmanın videosu şəbəkədə geniş yayılmışdı. Onlar kommunal ödənişlərlə bağlı fikir ayrılıqlarına görə əlbəyaxa oldular. Aydındır ki, dalaşqan deputatlar sosial məsafəyə riayət etmirdilər. Mayın 21-də “Dağlıq Qarabağ Respublikası”nın yeni “prezidenti”nin inauqurasiyasından sonra isə daha bir qalmaqal qopdu. Sosial şəbəkələrdə yayılmış fotoşəkillərdə görünür ki, Ermənistan və “DQR” hökumətlərinin üzvləri sosial məsafəyə və qoruyucu maskalara məhəl qoymurlar. Bütün bunların nəticəsində vətəndaşlar arasında da karantinə sərin münasibət yarandı. Politoloq Artur Atayev vəziyyəti şərh edərək bildirir ki, Ermənistan hakimiyyətinin inamsız hərəkətləri etiraz əhval-ruhiyyəsinin güclənməsinə gətirib çıxara bilər:“Bunun hansı nəticələrə gətirib çıxaracağı məlum deyil. Yaxın gələcəkdə etiraz aksiyaları başlanmasını istisna etmirəm. Bir sıra siyasi qüvvələr, ilk növbədə vaxtilə Paşinyanın silahdaşları olmuş, lakin indiki hakimiyyətdə özlərinə yer tapa bilməmiş adamlar bu vəziyyətdən istifadə etməyə hazırdır. Ambisiyalı gənclər tezliklə vəziyyəti daha da qızışdıra bilərlər”. Elə bir vaxtlar Paşinyana dəstək verən müxalif qüvvələr də bu durumda onun hakimiyyətdən getməsini vacib sayır.

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 13:27
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ