Ağ Evin, qaradərili amerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümündən sonra başlayan və bütün ABŞ-ı bürüyən etiraz aksiyalarını dayandırmaq üçün Vaşinqtona daha böyük hərbi qüvvə göndərilməsini istəyib
Baki-xeber.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanalın iddiasına görə, Tramp administrasiyası Vaşinqton etiraz aksiyalarına müdaxilə etmək üçün 10 min əsgər göndərilməsini istəyib, ancaq Müdafiə naziri Mark Esper və Baş Qərargah rəisi Mark Milli ordudan etirazçılara qarşı istifadə edilmsinə qarşı çıxıb.
Esperin təxminən 1600 əsgəri Vaşinqtona göndərdiyi, ancaq 5 min Milli Qvardiya əsgərinin olduğu paytaxtda əsgərlərin köməyinə ehtiyac olmadığı və bu səbəbdən də onların artıq şəhəri tərk etməyə başladığı bildirilir.
Baş Qərargah rəisi Mark Millinin də Trampla "gərgin" söhbətdə, Vaşinqtonda əsgərlərə qətiyyən ehtiyac olmadığını söylədiyi bildirilir.