Goranboy rayonundan Nağıyev Göyüş Hacıkərim oğlu da Prezident İlham Əliyevə müraciət edib.
“Biz fəxr edirik ki, Sizin kimi dövlət başçımız var. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Siz xalqımızın üzləşdiyi çətin günlərdə həmişə çıxış yolu tapıb onu öz arxanızca aparmısınız. Mən bir müharibə veteranı, iki tələbə valideyni kimi Sizin ölkəmizdə koronavirus pandemiyasına qarşı gördüyünüz tədbirləri dəstəkləyirəm.
Sizin bu ilin mart ayında Goranboy Şəhər Mərkəzi Xəstəxanasının açılışını etməyiniz koronavirus dövründə atılmış böyük addımdır. Pandemiya dövründə ölkəmizdə aparılan dezinfeksiya işlərinə, aztəminatlı şəxslərə birdəfəlik yardımın edilməsinə, sosial baxımdan həssas ailə qrupuna daxil olan tələbələrə göstərdiyiniz yardıma görə Sizə minnətdarlıq etməyi özümə borc bilirəm.
Şagirdlərin təhsildən kənar qalmamaları üçün onlarla onlayn dərslərin keçirilməsi, pandemiya dövründə müəllimlərin əməkhaqqının tam ödənilməsi Sizin qabaqcıl siyasətinizin bariz nümunələridir” - deyə bildirən Goranboy sakini bütün bunlara görə xalqın Prezidentə minnətdar olduğunu qeyd edib.
Baki-xeber.com