Şəmkir rayonundan II qrup Çernobıl əlili, Şəmkir rayon Çernobıl əlilləri İctimai Birliyinin sədri Kazımov Mahir İbrahim oğlu da Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
“... Sizin sayənizdə Azərbaycan dünyanın ən nüfuzlu, qüdrətli dövlətləri sırasına yüksəlib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb, vətəndaşların sosial rifahı yaxşılaşıb. Siz xalqımızı koronavirusdan qoruyursunuz, çalışırsınız ki, Azərbaycan xalqı sağlam və xoşbəxt yaşasın. Bütün bunlara görə də Azərbaycan xalqı daim Sizinlədir” - deyə bildirən M.Kazımov xalqımızı düşündüyü üçün ölkə başçısına minnətdarlığını bildirir.
Baki-xeber.com