çərşənbə günü, 28 oktyabr 2026
     

Azərbaycan Prezidentinin AŞPA-ya son xəbərdarlığı - qərəzli qərarların heç biri icra olunmayacaq, bütün körpüləri...

Image


“ATƏT-in Minsk Qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!

Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meylləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır. Biz bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytarırıq. Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar”. Bu fikirləri Tərtər səfəri zamanı Tərtər Olimpiya Kompleksinin açılışındakı çıxışında Prezident İlham Əliyev bildirib.

Azərbaycanın AŞPA-nın heç bir qərəzli qətnaməsini qəbul etməyəcəyini bildirən ölkə başçısının fikirlərinə münasibət bildirən “Səs” qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri Bəhruz Quliyev baki-xeber.com-a bildirdi ki, Prezident İlham Əliyevin bütün fikirləri həqiqətə söykənir və ölkə başçısı haqlıdır. “Cənab Prezidentin dedikləri, irad və tənqidləri həqiqəti əks etdirir. Çünki AŞPA bunu bir-iki gündə deyil, illərdir Azərbaycana qarşı tutduğu qərəzli mövqe ilə qazanıb. Prezident İlham Əliyev AŞPA-nın fəaliyyətini ilk dəfədir tənqid etmir və bu tənqidlərin hər birində əsaslar, sübutlar, həqiqətlər dayanır”.

Onun sözlərinə görə, həqiqətən də Avropa Şurasında deqradasiya prosesi gedir və bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini sürətlə itirməkdə davam edir: “Fakt isə budur ki, AŞPA dünyada gedən heç bir prosesə, hətta cüzi hadisələrə belə, təsir etmək gücündə deyil. Məhz bu baxımdan məsələnin kökünə varan cənab Prezident hər çıxışında sübutlarla vurğulayır ki, bunun səbəbləri qurumda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizliklərdir. Söz yox ki, Prezident İlham Əliyev tənqidini irəli sürərkən bilavasitə Azərbaycan xalqının da mövqeyini, baxışını əks etdirir”.

B.Quliyev hesab edir ki, AŞPA müxtəlif dövrlərdə siyasi sifarişləri icra edib və anti-Azərbaycan xarakterli qüvvələrin dırnaqarası məntiqlərinə uymaqla Azərbaycan hədəf seçilib: “Reallıqları əks etdirməyən yalanlar, böhtanlar, hətta şantaj xarakterli qərar və qətnamələr də məhz bu anlamı daşımaqdadır. Sual yaranır ki, nəyə görə Azərbaycan? Bu sualın cavabı isə bəsitdir: Azərbaycan istər demokratikləşmə prosesində, istər sosial-iqtisadi inkişaf gerçəkliyində, istərsə də digər müsbət proseslərdə hətta bir sıra aparıcı dövlətləri də geridə qoyur, müstəqil olduğunu nümayiş etdirir, eləcə də heç bir diktəni qəbul etmir. Budur anti-Azərbaycan meylli qrupların və həmin qruplara qucaq açan AŞPA-nın əsl sifəti, ya da simasızlığı!”. B.Quliyev vurğuladı ki, dövlət başçısı xüsusilə ölkəmizin və xalqımızın bir nömrəli problemi kimi qiymətləndirilən Dağlıq Qarabağ mövzusunda, daha dəqiq desək, Ermənistanın işğalçılıq siyasəti məsələsində kəskin, sərt və barışmaz mövqeyini ortaya qoyur, buna sübut kimi, qondarma “DQR”dəki saxta seçkilərin dünya birliyi tərəfindən qeyd-şərtsiz tanınmaması bəyanatlarını göstərmək olar: “Düşünürəm ki, əslində, bu faktın özü Azərbaycanın diplomatik qələbəsidir və xatırlayarsaq, 20 il əvvəl və daha öncəki illərdə ölkəmiz beynəlxalq aləm tərəfindən bu cür dəstək ala bilmirdi. Bu dövrləri yaşayan xalqımız baş verən olayları yəqin ki, yaxşı xatırlayır. Ancaq indi, mövcud zamanda və məqamda Azərbaycan istər beynəlxalq dairələrin mərkəzi rolunda çıxış edir, istərsə də dünyanın ali tribunalarında söz sahibinə çevrilir. Bu gün beynəlxalq çevrələrdə həyata keçirilən bir sıra mühüm, strateji layihələrin çoxunda Azərbaycan həm təşəbbüskar, həm də ideyaverici, tövsiyə edən ölkələr sırasında yer alır. Əlbəttə ki, bütün bu kimi önəmli hadisələrin hazırkı zamanda dəstək almağımızda böyük rolu var. Ona görə də bu gün “DQR”də keçirilən saxta seçkilərə dünya birliyi etirazlı mövqe sərgilədi, Azərbaycanın haqlı çağırışlarına dəstəyini əsirgəmədi. Bu, eyni zamanda, Prezident İlham Əliyevin nüfuzlu, xarizmatik liderliyinin bariz isbatıdır. Beləliklə, bir daha əyan oldu ki, bu “seçkiləri”, qanunsuz, silahlı və terror şəbəkəsi kimi də tanınan xunta rejimini heç kim tanımır”.  

B.Quliyev, həmçinin, xatırlatdı ki, “seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar onun qondarma nəticələrini tanımadı və açıq-aydın bəyanatlar səsləndi: “ATƏT-in Minsk Qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya kimi dövlətlər və sair ölkələr, ATƏT Parlament Assambleyası,Avropa İttifaqı, hətta ölkəmizə qarşı zaman-zaman qərəzli mövqedə dayanan Avropa Parlamenti də bəyanatlar yaydılar. Eyni zamanda, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası kimi təşkilatlar, bir sıra digər ölkələrin siyasi xadimləri, parlamentləri, hökumətləri bu məsələdə Azərbaycanla həmrəy olduqlarını vurğuladılar. AŞPA isə susdu və susqunluğu ilə öz düşmənçilik mövqeyini ortaya qoymuş oldu. Bu xüsusda daha bir xatırlatmanı etmək istərdim. Cənab İlham Əliyev öncəki çıxışlarının birində də AŞPA-nı tənqid edərkən vurğulamışdı ki, bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Bu gün də həmin sözlər öz yerində və gücündədir. Əlbəttə ki, belə olan halda, xəyanət, riya, yalan, şər-böhtan, şantaj olan yerdə təşkilatın Azərbaycanla bağlı olan fikri, ümumiyyətlə, nə Azərbaycan dövlətinin və dövlət rəhbərliyinin, nə də xalqın marağında deyil və olmayıb da. Cənab Prezident İlham Əliyevin də vurğuladığı və tezis olaraq irəli sürdüyü ifadələrində olduğu kimi - biz isə öz yolumuzla gedirik. Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Bütün beynəlxalq aləmin bu “seçkilər”ə olan reaksiyası bizim mövqeyimizi daha da gücləndirir. Əlbəttə ki, biz də xalqın nümayəndəsi olaraq hər an dövlət başçımızın, Ali Baş Komandanımızın əmrindəyik”.

B.Quliyev vurğuladı ki, Azərbaycanda həyata keçirilən demokratik dəyişikliklərə AŞPA-nın qısqanc münasibət göstərməsi, illərdir özünə qarşı bu mifi formalaşdırması, Azərbaycana qarşı həmişə qərəzli mövqe sərgiləməsi göz önündədir. “Ona görə də cənab Prezident əsaslandırır ki, AŞPA-nın qəbul etdikləri ciddi sənədlər yox, adi bir kağız parçasıdır. AŞPA Azərbaycanda baş verən bütün məsələlərə mikroskopla baxır və onun mikroskopla böyüdülmüş formasına qərəzli fikirlər bildirir. “5-ci kolon”un, eləcə də Azərbaycanı istəməyən digər qüvvələrin saxta məlumatları əsasında AŞPA bizim əleyhimizə çıxardığı qərəzli qərar və qətnamələrlə öz anti-Azərbaycan mövqeyini açıq şəkildə ortaya qoyur.  Sözsüz ki, buna da adekvat olaraq Azərbaycanın da özünü müdafiə etmək baxımından AŞPA-ya münasibəti belə də olmalıdır. Əgər Dağlıq Qarabağda keçirilən “seçkilər”ə Avrova Şurası heç bir münasibət bildirmirsə və hər hansı bir mövqe ortaya qoymursa, bu həmin təşkilatın bizə açıq qərəz bəsləməsinin göstəricisidir. Ona görə də Avropa Şurasının Azərbaycanla bağlı çıxardığı qərəzli qətnamə və qərarlar cənab Prezidentin təbirincə desək, əhəmiyyətsiz bir kağız parçasıdır. Bir dövlətin rəhbəri bu münasibəti ortaya qoyursa, hər şey göz qabağındadır. Avropa Şurası həmişə Azərbaycanın milli maraqları əleyhinə mövqe göstərib və buna daim qərəzli yanaşıb, Azərbaycanı haqsız, qeyri-obyektiv olaraq həmişə tənqid edib, ölkəmiz haqqında qərəzli qərarlar çıxarıb. AŞPA-nın Azərbaycana qarşı çıxardığı qərəzli qətnamələrin icrası heç bir zaman həyata keçirilməyəcək, bununla bağlı cənab Prezident ortaya dəqiq, birmənalı mövqe qoyub. AŞPA-nın qeyri-obyektiv mövqeyinə adekvat olaraq ölkə başçısının öz mövqeyini ortaya qoyması Azərbaycan Prezidentinin iradəsidir. Azərbaycan Prezidenti Azərbaycan xalqının, dövlətinin milli maraqları naminə bu cür bəyanatlar verir, fikirlər səsləndirir və diplomatik manevrlər edir” - deyə müsahibimiz bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ