14/07/2020 11:21
728 x 90

Korrupsiyaya Qarşı Dövlətlər Qrupu Azərbaycanı nə üçün Avropada 7, MDB-də 1-ci yerə qoydu...

Azər Həsrət: “Dövlətimiz korrupsiyaya qarşı mübarizə məsələsində çox əzmkardır”

img

Bu günlərdə Strasburqda Avropa Şurasının antikorrupsiya monitorinq orqanı – Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) 2019-cu ildə fəaliyyətini əks etdirən hesabatının təqdimatı keçirilib.

Hesabat parlament üzvləri, hakimlər və prokurorların fəaliyyətində korrupsiyanın qarşısının alınması məsələlərini əhatə edir. Hesabata əsasən, Azərbaycan Respublikası tövsiyələri 61,9 faiz icra edib. Ölkəmiz bu göstərici üzrə Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci yerdə, MDB ölkələri arasında isə 1-ci yerdədir.

Qeyd edək ki, Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO) Avropa Şurasının orqanıdır. Qurumun məqsədi AŞ üzvü olan dövlətlərdə, həmçinin, Belarus, Qazaxıstan və ABŞ-da korrupsiyaya qarşı mübarizədir.

Bu yüksək nəticə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində mövcud olan güclü siyasi iradə ilə bağlıdır. Məsələ ondadır ki, dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin sərəncamları ilə korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul olunub. Bu sahədə yeni strateji baxışlar və hədəflər müəyyən edilib. Sözügedən strategiyanın icrasına uyğun olaraq həyata keçirilən işlər öz bəhrəsini verir.

Maraqlıdır, bəs ekspertlər Azərbaycanın bu uğura nail olmasını necə şərh edirlər?

  • “Ölkədə aparılan sistemli islahatlar və digər tədbirlər buna öz müsbət təsirini göstərir”

Məsələyə münasibət bildirən ekspert Azər Həsrətin fikrincə, Azərbaycanın antikorrupsiya fəaliyyətində uğurlar əldə etməsi bir sıra faktorlarla bağlıdır: “Məsələ ondadır ki, həqiqətən də Azərbaycanda korrupsiyaya qarşı mübarizə çox yüksək səviyyədə gedir. Ölkədə aparılan sistemli islahatlar və digər tədbirlər buna öz müsbət təsirini göstərir. Eyni zamanda, “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsinin burada rolu çox böyükdür. İş ondadır ki, sözügedən xidmətin fəaliyyəti sayəsində vətəndaşla konkret məmurun təması əngəllənir. Üstəlik, sözügedən xidmət bürokratiyanı aradan qaldıran bir qurumdur. Bu da cənab Prezident İlham Əliyevin innovasiyalarından biridir. Eyni zamanda, son vaxtlar Azərbaycanda yüksək rütbəli məmurların rüşvətdə, korrupsiyada adı hallanır. Bir neçə belə məmura qarşı cinayət işi açılıb. Hesab edirəm ki, Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu bütün bunları yaxından izləyir. Çünki ortalıqda faktlar var. Bütün bunlar bir daha göstərir və sübut edir ki, Azərbaycan dövləti korrupsiyaya qarşı mübarizə məsələsində çox əzmkardır. Hansısa geri addım atmaq fikrində deyil. Ona görə də sözügedən qurum Azərbaycanın bu sahədə fəaliyyətini yüksək qiymətləndirir”.

Vidadi ORDAHALLI

Son xəbərlər