06/07/2020 23:18
728 x 90

Göyçaylıların Prezidentə kollektiv müraciəti – Akif Sərkərov, Əsgər Əkbərov və başqaları...

img

Göyçaydan Akif Sərkərov, Əsgər Əkbərov, Tahir Əliyev, İlham Mustafayev və başqaları da Prezidentə müraciət ünvanlayıblar.

Bütün dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin rəhbərliyinizlə vaxtında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində xalqımız bu bəlaya ilkin mərhələdə minimum itkilərlə qalib gəlməyə nail oldu. Karantin rejimi dövründə vətəndaşların sosial və digər yardımlarla təmin edilməsi üçün Sizin və Mehriban xanımın gördüyü işləri hər bir azərbaycanlı kimi, biz göyçaylılar da çox bəyənir və təqdir edirik. İş yerləri müvəqqəti bağlanmış fiziki və hüquqi şəxslərə kompensasiyaların, işsizlərə 190 manat birdəfəlik ödəmənin və ehtiyacı olan insanlara Heydər Əliyev Fondu tərəfindən ərzaq yardımlarının verilməsi Sizin və Mehriban xanımın qayğıkeşliyinizin bariz nümunələridir” - deyə qeyd edən vətəndaşlar yazırlar ki, yaşadıqları məhəllə Göyçay çayının sağ sahilində yerləşir. Prezidentin sərəncamına əsasən, Göyçay çayında aparılan məcradəyişmə, sahilbərkitmə işlərindən və yeni körpünün tikilməsindən sonra yaşadıqları ərazidə avtomobillərin hərəkəti intensivləşib.

“Avtomobil yolunda asfalt örtüyü olmadığı üçün yaranan toz kütləsi burada yaşayan insanlara ciddi narahatlıq yaradırdı. Bu məsələ ilə bağlı müraciətimizdən dərhal sonra qeyd olunan əraziyə 500 metr məsafədə asfalt örtüyü salınıb”.

Göyçaylılar görülən və görüləcək işlərə görə sakinlər adından Prezidentə və Mehriban Əliyevaya öz dərin təşəkkürlərini bildirirlər.

Baki-xeber.com

Son xəbərlər