07/07/2020 00:22
728 x 90

Ağcabədidən Ülviyyə Cəbrayılova Prezidentə nə yazdı...

img

Ağcabədi rayonunundan Cəbrayılova Ülviyyə Cəbrayıl qızı Prezident İlham Əliyevə məktub yazıb.

“Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində atdığınız zəruri qabaqlayıcı addımlar bir daha onu sübut etdi ki, Siz hər zaman xalqın yanında olmusunuz. Karantin rejiminin tətbiqi və yüksək standartlara uyğun modul tipli xəstəxanaların açılışı koronavirusla mübarizədə görülən tədbirlərin ən bariz nümunələridir.

Biz əminik ki, Sizin tövsiyələrinizlə bu virusdan tez bir zamanda xilas olacağıq. Bizə göstərdiyiniz bu qayğı və diqqətə görə Sizə şəxsən öz adımdan və ailəmin adından təşəkkür edirəm. Hər zaman yanımızda olduğunuz kimi, biz də daim Sizinləyik” - deyə Ü.Cəbrayılova məktubunda qeyd edib.

Baki-xeber.com

Son xəbərlər