07/07/2020 00:06
728 x 90

Rusiya vətəndaşlarından da Prezident Əliyevə müraciətlər daxil olmağa başlayır...

img

Mingəçevirdən Rusiya vətəndaşı Abışova Elnarə Qəzənfər qızı Prezident İlham Əliyevə məktub yazıb.

“Mən Rusiya vətəndaşıyam, 25 yaşım var. Rusiyada doğulmuşam, orada böyümüşəm və İqtisad Universitetini bitirmişəm. Virusla əlaqədar sahibkarlara kompensasiyanın verilməsinə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Kompensasiyaya görə çox sağ olun. Bu il ölkəmizə qənim kəsilmiş virus bizə çox ziyan vurub, lakin insanların həyatından əhəmiyyətli heç nə yoxdur. Siz vaxtında karantin elan etməklə onların həyatını xilas etdiniz.

Dörd il bundan əvvəl mən Mingəçevir şəhərində turizm agentliyi açmışam. Arzum budur ki, Mingəçevir gələcəkdə turizm şəhəri olsun” - deyə Elnarə Abışova qeyd edib.

Baki-xeber.com

Son xəbərlər