07/07/2020 01:44
728 x 90

Türk diplomatı Volkan Bozkır Ermənistanın "kürkünə birə saldı"... - Aydın Quliyev yazır...

img

2020-2021-ci illər üçün BMT Baş Məclisinin 75-ci sessiyasının sədri vəzifəsinə qardaş Türkiyənin diplomatı Volkan Bozkırın namizədliyi irəli sürülüb. Bu mötəbər vəzifəyə adətən bir illik sədrlər dünya üzrə 5 regional dövlətlər qrupunu təmsil etməklə rotasiya qaydasında seçilir. Bu dəfə Qərbi Avropa dövlətlər qrupu adından Volkan bəy yeganə namizəd kimi irəli sürülüb. Prosedura görə, Volkan bəyin bir il 75-ci sessiyanın sədri postunu tutmasının qarşısını almaq praktik şəkildə mümkünsüzdür.

Bu sözləri politoloq, "Bakı Xəbər" qəzetinin qurucusu və baş redaktoru Aydın Quliyev özünün Facebook sosial şəbəkəsindəki hesabında yazıb. Politoloq daha sonra yazır:

-Ermənistanın fəal cəhdləri ilə antikampaniya başlayıb. Yunanıstanı və yunan Kiprini də özlərinə qoşublar. Üç ölkənin adından 74-cü sessiyanın sədrinə məktub yazıblar ki, guya Türkiyə sülh və sabitlik üçün təhlükəli ölkə olduğu üçün onu bu posta buraxmaq olmaz.

Üç ölkə 75-ci sessiyanın sədrindən Volkan bəyin yeganə namizədliyinin səsə qoyulmasını tələb edir. Baş Məclisin tarixində ilk hal ola bilər ki, sessiya sədrliyinə yeganə namizəd olan şəxs səsverməyə qoyulsun...Yeganə namizədi səsə qoymaqda məntiq yoxdur..

 

Son xəbərlər