11/07/2020 02:22
728 x 90

Salyanın Sarvan sakini Prezidentə məktubunu əsasən kənd təsərrüfatına həsr etdi... Həm də...

img

Pandemiya ilə gərgin mübarizə dövründə ölkəmizdə iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğı bu sahə ilə məşğul olan insanlar tərəfindən təqdir edilir.

Salyan rayonunun Sarvan kəndindən Bəşirov Əlimirzə Balamməd oğlu Prezident İlham Əliyevə yazdığı məktubda bu məsələyə toxunub: “Biz böyük bir ailəyik. Uzun illərdir ki, kənd təsərrüfatı sahəsində çalışırıq. Sizin kənd təsərrüfatına olan diqqətiniz və kənd adamlarına qayğınız bizi daha da yaxşı işləməyə ruhlandırır. Qazandığımız uğurlara görə Sizə minnətdarıq. Heç bir texnika və dərman preparatı sarıdan çətinliyimiz yoxdur”.

Məktub müəllifi həmçinin Prezident İlham Əliyevi və ailəsini Ramazan bayramı münasibətilə də təbrik edir.

Baki-xeber.com

Son xəbərlər