Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiya dövründə ölkəmizdə gerçəkləşdirilən tədbirlər cəbhə bölgəsində yaşayan vətəndaşlar tərəfindən də təqdir olunur.
Beyləqan rayonunda məskunlaşan Füzuli rayonundan məcburi köçkün Bayramova Gülnar Habil qızı Prezident İlham Əliyevə yazdığı məktubda “Sizin və Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətiniz, düşünülmüş qərarlarınız nəticəsində biz koronavirus epidemiyasına da qalib gələcəyik. Biz Sizi dəstəkləyirik və hər zaman Sizinləyik. Cəbhə bölgəsində yaşayan füzulililər əmindirlər ki, Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə tezliklə koronavirus təhlükəsi aradan qaldırılacaq, insanlarımızın sağlam və xoşbəxt həyatı təmin ediləcəkdir” - deyə qeyd edir.
Baki-xeber.com