12/07/2020 03:21
728 x 90

Əməkdar idman ustası - "Sizin xalqa necə xidmət etməyiniz"... Prezidentə və Birinci vitse-prezidentə məktub...

img

“Bir gənc olaraq, gördüklərim və müşahidələrim əsasında əminliklə deyə bilərəm ki, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sayəsində biz koronavirusla mübarizədən qalib çıxacağıq. Vaxtında atılmış addımların, gördüyünüz qabaqcıl tədbirlərin, operativ şəkildə qəbul etdiyiniz düzgün qərarların xalqımızı bu vəziyyətdən az itkilərlə çıxaracağına zəmin yaradır... Dünyanın özü boyda olan nüfuzunuza söykənərək, müdrik qətiyyətinizlə, vaxtında atdığınız addımlarla Azərbaycanın dünyada olan hörmətinə yüz qat artıq şöhrət gətirdiniz. “Biz birlikdə güclüyük!” devizi altında gördüyünüz işlərlə təsdiq etdiniz ki, əgər rəhbər müstəqil, vətənpərvər siyasət yürüdərsə, taleyini xalqının taleyindən seçməzsə, aldığı nəfəsi eli ilə, obası ilə birgə olarsa, bütün bu sınaqlardan üzüağ çıxar. Təhlükəni hiss etdiyiniz andan etibarən xalqın yanındasınız. Yorulmaq bilmədən gərgin iş rejiminə keçmisiniz. Bir gənc olaraq Sizdən örnək alıram. Sizin xalqımıza necə səylə xidmət etməyiniz məni və mənim kimi xalqa xidmət edən çoxlu sayda gəncləri ruhlandırır. Gördüyünüz sosial tədbirlər, əhaliyə göstərilən dəstək, verilən yardımlar, sosial müavinətlərin təyin olunması, qısa müddətdə təhvil verilən xəstəxanalar, maska, spirt zavodları və digər işlər onu subut edir ki, Siz daim bu milləti, bu xalqı düşünürsünüz”.

Bu fikirləri Hacıqabul rayonundan Milli Qəhrəman Mübariz İbrahimov adına Hacıqabul Rayon İdman Sağlamlıq Mərkəzinin rəhbəri, əməkdar idman ustası Şəfiyev Elnur Abdulla oğlu Prezident İlham Əliyevə yazdığı məktubda qeyd edib.

Baki-xeber.com

Son xəbərlər