şənbə günü, 21 noyabr 2026
     

Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir... - MÜSAHİBƏ

Image


Zülfiyyə Eldarqızı: "Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza çevirməməlidirlər, o  qadın Azərbaycan qadınını təmsil edə bilməz..."

Teatr, kino, mədəniyyət, təhsil, sosial həyat, cəmiyyət - bütün bunlar hamısı bir-birindən qidalanır, bir-biri ilə tamamlanır. Müsahibimiz sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış bədii qiraətçi, aktrisa, Azərbaycan Milli Konservatoriyasının müəllimi Zülfiyyə Eldarqızı ilə həm sənətdən, həm sosial həyatdan, həm televiziyalardan, həm təhsildən, həm də cəmiyyətimiz üçün aktual olan digər məsələlərdən danışdıq. 

- Bu günlərdə Milli Teatr Günü oldu. Sənət adamları mükafat aldılar və sair. Sizin necə, gözləntiləriniz oldumu? 

- Teatr günündə bəzi dostlarımız mükafatlanırıldılar, buna  çox sevindim. Dostlarımın uğurları məni həmişə sevindirir. Eyni zamanda "bir ili də teatrsız keçirdim" deyə kədərləndim. Milli Teatr Günündə səhnəni bir daha gördüm, bir daha oynadığım tamaşalar yadıma düşdü. Bilirsiz ki, səhnə adamı üçün sonda tamaşaçının alqışlaması, aktyorun tamaşaçı qarşısında baş əyməsi  insanın beynində  seratonini nə qədər  yüksəldir. Bu, insanın sağlamlığına çox xeyirlidir, xüsusən də sənət adamının. Hazırda teatrda çalışmıram deyə, heç bir gözləntim yoxdur. Çünki insan bir yerdə çalışar ki, onun müqabilində nə isə gözləyə bilər. 

- Teatra qayıtmaq istərdiniz?

- Əlbəttə. Həmişə demişəm ki, teatrdan uzaq düşmək mənə çox çətindir, yenə də o fikirdəyəm...

- Yəqin ki, teatrla bağlı yeni fikirləriniz olmamış olmaz...   

- Bəli, yeni fikirlərim var.  Düşünürəm, vacib deyil ki, teatrda işləyib tamaşa qurasan. Mən Tetar Xadimləri İttifaqının teatr truppasının rəhbəri Məhəmməd Verdizadə ilə danışdım. Onunla bir plan qurduq ki, bir tamaşa hazırlayaq. İki nəfərlik bir tamaşa olacaq. Hazırda əsərləri oxuyub təhlil edirik, uyğun  birini seçəcəyik. Təbii ki, son sözü rejissor deyəcək və o tamaşa ilə yenidən tamaşaçıların qarşısına çıxacağam.  

- Siz əvvəllər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedoqoji fəaliyyət göstərdiniz, indi də dugər iki ali məktəbdə müəllimliklə məşğul olursunuz. Bizimlə indiki tələbələri müqayisə etsək fərq nədədir? Tələbələrdən razısızmı? Razı deyilsizsə, səbəb nədir? 

- Auditoriya mənim üçün yeganə zövq aldığım məkandır. Bu məkanda danışmaqdan, tələbəyə nəsə öyrətməkdən zövq alıram. Ümumiyyətlə, cəmiyyətə faydalı vətəndaş yetişdirmək məsələsində özümlə qürur duyuram ki, cəmiyyətə faydalı vətəndaşlar yetişdirə bilirəm. Bu gün təhsilimizdə problemlər çoxdur. İki ali məktəbdə dərs deyirəm, Bakı Dövlət Universitetində nitq mədəniyyətindən, Milli Konservatoriyada isə aktyorluq sənətindən dərs deyirəm. Ümumilikdə götürəndə, gənclərlə işləmək adama böyük zövq verir. Onların düşüncəsi tamamilə fərqlidir. İndiki gənclər bizim dövrün gənclərindən daha ağıllıdırlar, daha gözəl düşünə bilirlər. Amma bizdə olan kitaba maraq onların bəzilərində yoxdur. Bəziləri sanki kitabdan, mütaliədən uzaq düşüblər. Onları tamaşalara aparıram ki, heç olmasa Azərbaycan teatrının, Azərbaycan mədəniyyətinin nə olduğunu bilsinlər, bizim keçmiş və indiki böyük sənətkarlarımızı, mədəniyyətimzə xidmət edən insanları tanısınlar. Buna nə dərəcədə nail oluram, bu artıq gənclərdən, onların istəyindən asılıdır. Məni bir şey düşündürür. Mən onlarla söhbətlərdə klassik ədəbiyyatımızdan, nəsrimizdən, poeziyamızdan, böyük ədiblərimizdən danışıram. Amma təəssüf ki, bəzən elə tələbələrə rast gəlirəm, Mirzə Cəlilin, Hüseyn Cavidin əsərlərini tanımırlar. Bu gün Mirzə Cəlili, Mirzə Fətəli Axundovu, Hüseyn Cavidi və başqalarını tanımayan Azərbaycan gənci gələcəkdə Azərbaycançılıq məfkurəsinə yararlı ola bilməz.

- Bu yaxınlarda iki kino qurumu birləşdi, vahid kino ittifaqı yenidən fəaliyyətə başladı. Bunu necə qiymətləndirirsiniz?

- Əlbəttə, gücləri birləşdirmək lazım idi. Kinematoqrafiya İttifaqının yenidən bu şəkildə fəaliyyətinin qurulması bizi çox sevindirdi. Bir ölkədə iki kinematoqrafiya təşkilatının olmağının kinoya heç bir xeyri yox idi. Amma artıq iki qurum birləşdi. Xüsusən də xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədovanın münasibətlərinin bərpa olunmasına da sevindik. Çünki uzun müddət idi ki, umu-küsü, qarşılıqlı ittihamlar vardı, bu da kinoya təsir edirdi, hər iki tərəfdən olan adamlar az qala bir-birinə qarşı düşmən mövqeyində dayanırdılar. Amma  buna son qoyuldu. Azərbaycan Kinematoqrafçılar İttifaqının adını dəyişib Kino Birliyi qoymaq istəyirdilər, amma mən də, xalq artisti Həmidə Ömərova da daxil olmaqla çoxluq buna   etiraz etdi. Qələbəmiz o oldu ki, ittifaqın adı olduğu kimi qaldı. İttifaq adı daha böyük səslənir, bütün mahiyyəti ifadə edir. Müsbət tərəflərdən biri də Həmidə Ömərovanın təklifi ilə Suğra Bağırzadənin idarə heyətinə üzv seçilməsi oldu.    Amma məni narahat edən bir məsələ oldu.

- Nəsə xoşagəlməz bir hal baş verdi?

- Gənclərə bir qədər soyuq yanaşıldı.

- Bildiyimiz qədər, idarə heyətinə gənclər də seçilib...

- Bəli, bir-iki gənc seçildi, amma onların sayı çoxluq təşkil etsəydi yaxşı olardı. 33 nəfərin içində yalnız iki-üç gənc olmağı həqiqətən də məni pərişan etdi, fikrimcə, gənclərin sayı çox olmalı idi. Orada dedim ki, gənclərin sayı çox olsaydı yaxşı olardı. Baxın, 83 yaşında bir operator hətta bizə etiraz olaraq durub dedi ki, mən Lətif Səfərovun dövründən bu ittifaqın üzvüyəm, kinoya kömək etmək istəyirəm. Mən hətta orada qeyd etdim ki, kinoya kömək etmək üçün mütləqmi Kinoittifaqın idarə heyətinin üzvü olmaq lazımdır? Kinoİttifaqın sıravi bir üzvü olaraq da kinoya töhfələr vermək olar. Mənə elə gəlir ki, artıq bu yaşda müəyyən insanların gənclərə yol açan vaxtıdır, kino sahəsində də çox istedadlı gənclərimiz var.  

- Zülfiyyə xanım, siz seriallara da çəkilirsiz. Hazırda çox populyar olan "Xəyanət" serialında Rəfiqə obrazını canlandırırsınız. Tamaşaçılardan reaksiya alırsızmı? 

- Serial sektoru işə düşəndən bu sektordayam, hər il çəkilirəm. Amma hesab edirəm ki, "Xəyanət"dəki obrazım bütün obrazlarımı üstələdi.

- Nə mənada?

- Rəfiqə obrazı çox uğurlu oldu. Nəinki mənim obrazım, bütövlükdə serialın özü, yaradıcı və texniki heyət uğurludur. Rejissor işi, ssenari, qoyulan mövzu, aktyor oyunu və sair hamısı bir-birini tamamlayır. Serialın mövzusu da bütün cəmiyyəti düşündürən, bütün ailələrdə müzakirə olunan xəyanət mövzusudur. Bunu gizlətsək də, xəyanət edənlər, xəyanət var. Biz cəmiyyətə mesajlar ötürməyə çalışırıq ki, xəyanət edənin sonu nə ilə nəticələnir, o hansı çətinliklərə düşür, başına nə gəlir, özünə və ətrafına nə qədər ziyan vurur. Bəzən bizi ittiham edirlər ki, siz xəyanəti təbliğ edirsiz. Xeyr, elə deyil. Biz məsələyə başqa bir bucaqdan baxırıq. 

- Sizin obrazınıza gələk. Rəfiqə obrazına görə tənqidlərə də tuş gəlirsiniz. 

- Küçədə, tədbirdə, bir sözlə harada məni görürlərsə ancaq bu serialdan danışırlar, mesencerimə yazırlar. Bəzi tamaşaçılar məni qınayırlar ki,  niyə Rəfiqə övladlarını xoşbəxt olmağa qoymir? Mən elə sizin qəzet vasitəsilə bildirmək istəyirəm ki, heç bir ana övladlarının bədbəxt olmasını istəməz. Ana öz təcrübəsindən çıxış edərək bu işə mane olmaq istəyir. Ana görür ki, övladları sevir, amma sevilmirlər, sevgi qarşılıqlı olmalıdır, həyat müştərəkdir. Rəfiqə övladlarının onları bədbəxt edə biləcək seçimlərinə mane olur. Bilmirəm, sonda nə olacaq, amma hiss edirəm ki, tamaşaçı sonda Rəfiqənin haqlı olduğunu biləcək. 

- Rolunuza görə sizi qınayanlardan incimirsiz ki?

- Qətiyyən. Demək inandırıcı oynamışam ki, tamaşaçı ona inanıb. 

Onu da qeyd edim ki, bu serialda çox istedadlı gənclərlə işləyirik. Mənim oğlumu Elşən Talıbov, qızımı Ülviyyə Xəlilbəyova oynayır. 

- Ülviyyə ilə üzdən də oxşayırsınz.

- Bunu hamı deyir. Ssenaristimiz Gəray Həsən də çox istedadlı gəncdir. Yəni bu heyətdə təmsil olunan gənclərin hamsı çox istedadlıdır. Aktyor heyəti çoxdur, hamının adını çəkə bilmirəm. 

- Ən çox tənqid edilən məqam serailların mövzusudur. Tamaşaçılar sual verirlər ki, nə üçün bizim serialların mövzusu nümunəvi insanların həyatları ilə bağlı olmur, yalnız xəyanət və sair işıqlandırılır?

- Türkiyədən bir rejissor gəlmişdi, biz onunla görüşdük. Bu sualı həmin rejissora Ayaz Salayev də verdi. O dedi ki, bugünkü tamaşaçılar üçün nümunəvi, müsbət hadisələr, maarifçilik maraqlı deyil. Ona görə də, bizim təkcə seraillarımızda deyil, eyni zamanda TV-lərdə də reytinq gətirən mövzulara üstünlük verilir. Tamaşaçı kütləsi maarifçi verilişlərə maraq göstərmir, ancaq intriqa, qalmaqal axtarır, insanların şəxsi həyatına qarışmaq istəyir, bunlar üçün başqalarının şəxsi həyatı da maraqlıdır.  Türkiyə seriallarında da intriqalar, ailə-məişət məsələləri, qaynana – gəlin münasibətləri kimi mövzular üstünlük təşkil edir. Sadəcə, Türkiyədə sosial-məişət mövzuları ilə yanaşı Türkyənin tarixi, siyasi həyatı ilə bağlı da filmlər çəkirlər. Çünki onlarda kinoya böyük vəsaitlər qoyulur. Mənə elə gəlir ki, bizdə də belə olmalıdır, ümid edirəm ki, olacaq da. 

- Televiziyalar çox tənqid olunur. Hətta bu yaxınlarda belə bir xəbər yayıldı ki, mənəvi dəyərləri aşağılayan bəzi verilişlərə görə bəzi telekanal rəhbərlərinə xəbərdarlıq edilib. Siz də sosial verilişlərdə iştirak edirsiz. Bu barədə nə deyə bilərsiz?  

- O xəbəri bu yaxınlarda mən də oxudum. Bəli, mən də sosial verilişlərə gedirəm, amma şousuz, yalan-palansız sosial verilişlərdə oluram. O verilişlərdə oluram ki, o verilişin mahiyyəti həqiqətən də insanlara yardım etməkdir. O verilişdə maddi imkanı olmayan insanlar həqiqətən də müalicə olunurlar, çünki orada həkimlər iştirak edir, insanların başqa probelmləri həll olunur. Burada insanlara təmənnasız yardım edilir. Amma bəli, bəzi verilişlər var ki, adam baxanda əsəb keçirir. Bu yaxınlarda Əhməd adlı bir gənc   bütün ailəsini qətlə yetirdi. Bu hadisə bütün cəmiyyətin əhval-ruhiyyəsinə təsir etdi. Hesab edirəm ki, şoular düzəldən, kriminalları teatrlaşdıran bəzi verilişlərin insanların alt şüuruna yeritdikləri nəticəsində bu gün əhmədlər meydana çıxır. Mənə elə gəlir ki, gözünü qırpmadan qanlı qətllər törədən Əhmədlər bəzi verilişlərin "məhsuludur", belələrini onların apardığı ziyanlı təbliğat yetişdirir. Bəzi verilişlərə doğrudan da müdaxilə edilməlidir. 

- TV-lərdə sizi daha nələr narahat edir?

- Əslində bu tip verilişlər dünyanın hər yerində var. Sadəcə, bizdə bu verlişləri reytinqə görə çox əcaib hala gətirirlər. Normal sosial verilişlər böyük kütlə tərəfindən izlənilir. Çünki bu verilişə üz tutan adamlar müəyyən qurumlarda vəzifələrdə oturub, amma insanları incidən rəhbərlərdən dolayı verilişlərə gəlib TV-lərdən imdad diləyirlər. Aparıcılar da o insanların səsini-ününü lazım olan  yerlərə çatdırırlar. Xəstə, imkansız adamlara kömək edirlər. Amma bəzi verilişlərdə azərbaycan kişisi mağmın, rəzil, bivec kimi təhqir olunur ekspertlər tərəfindən. Bəzi ekspertlərin özlərinin natamamlıq kompleksi var. Onlar danışığını bilmir, yazıq adamların üstünə bağırır, qışqırırlar.Yəni belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər... Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza çevirməməlidirlər, o  qadın Azərbaycan qadınını təmsil edə bilməz...

- Şuşaya da getdiniz...

- Bəli, çox qəribə hisslər yaşadım. Şuşaya çatmamış qayaları gördüm, onların o qayalarla necə çıxdıqlarını təsəvvür etdim və mənə dəli bir hönkürtü gəldi, bir xeyli ağlayıb fatihə verəndən sonra Şuşaya çataçatda mənə bir qürur hissi gəldi. Cıdır düzünə getdik, orada qayanın üstündə Nəzakət Məmmədovanın "Qarabağa bahar gəlir, ilahi" şeirini oxudum. Mənə o qədər xoş təsir bağışladı ki... Şuşada hiss etdim ki, havada şəhidlərin qanının qoxusu var. Bu yaxınlarda Zabuxda keçirilən toyu gördüm. Nə qədər kövrəldim, sevindim  ki, artıq mənim Laçınımda 30 ildən sonra ilk toy səsi ucaldı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ