Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Bir çox Azərbaycan filmlərində böyük qanunsuzluq...

Image


Xəyalə Rais: “Filmlərdə müvafiq qanunun tələblərinə əməl edilməlidir”

Azərbaycanda yeni bədii filmlərin ekranlaşdırılması müsbət haldır. İnsafən əksəriyyəti zəif də deyil, həm ssenarisi, həm rejissor işi, həm aktyor oyunu, həm də digər məsələlər keyfiyyətli şəkildə özünü göstərir.

Bütün bunlarla yanaşı, təəssüf ki, mənfi çalarlar da özünü göstərir, bu da zərərli vərdişlərə ayrıca yer verilməsidir ki, yeni filmələrimizdə zərərli vərdişlərin təbliğatını görürük. Filmlərdə siqaret, spirtli içki və narkotik istifadəçisi obrazlarının təqdim edilməsi müsbət hal deyil. Bəzi iddialara görə, bu səhnələrin film və serialların “bəzəyinə” çevrilməsi təsadüfi deyil. Bunun planlı şəkildə həyata keçirdiyini iddia edənlər də var. Hətta bəzi mütəxəssislər iddia edirlər ki, müəyyən Qərb təşkilatları zərərli vərdişlərin kinoda təbliğatı üçün film istehsalçılarına qrant ayırırlar. Bu öz təsdiqini tapmadığı üçün onun ətrafında müzakirə açmaq fikrində deyilik.

Zərərli vərdişlərin kinoda, teatr tamaşalarında və sairdə təbliğatı qanunvericiliyimizə ziddir. Məsələn, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun 14 cü maddəsinin 14.1.4 bəndi ilə efirdə, kabel yayımı vasitəsi ilə videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması qadağan edilir. Yeni çəkilən filmlərdə isə açıq şəkildə siqaret çəkilir, amma üzəri blurlanmır (buludlanmır, bağlanmır). Amma Türkiyədə və başqa ölkələrdə filmlərdə siqaret çəkən obraz olursa, mütləq mənada siqaretin üstü bulanıqlaşdırılır. Amma təəssüf ki, bizim filmlərdə siqaret, işçi, narkotik və sair təbliğ olunur. Bu da qanunvericiliyə ziddir. Onu da yadınıza salaq ki, sözügedən qanun hələ qəbul olunmazdan əvvəl layihənin müşakirəsində ciddi fikir ayrılığı olmuşdu. Bəzi deputatlar deyirdilər kinoda, teatrda siqaretin qadağan edilməsi yaradıcılıq azadlığına ziddir və sair. Bəziləri isə bu qadağanının olmasını istəyirdilər. “Alatava” filmində, “Əqrəb mövsümü”, “Vətəndaş A” seriallarında və sairdə siqaretin reklam edilməsi həqiqətən də narahatedici faktdır. Maraqlıdır ki, bunun qanuna zidd olduğunu bilə-bilə bu halın qarşısı alınmır.

“Qanunun tələbləri yerinə yetirilmir, tütün məmulatlarından istifadə açıq şəkildə təbliğ edilir. Məsələn, bu yaxınlarda ən çox müzakirə mövzusu olan “Əqrəb mövsümü” serialında tütündən istifadə prosesi özünün kulminasiya nöqtəsinə çatmışdı. Xəbərdaredici hissə əvvəldə qeyd olunsa da, dərhal yaddan çıxır”. Bu fikirləri Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Mədəniyyət Komitəsinin iclaslarından birində səsləndirmişdi. Filmin rejissoru isə deputatın qanunverciliyə uyğun çıxışına sərt cavab vermişdi.

Rejissorların və aktyorların sözündən belə çıxır ki, biz qanunu tanımırıq, özümüz necə bilirik, elə də edirik. Onlar iddia edirlər ki, obrazın əsəblərini soyutması səhnəsini siqaretlə vermək lazımdır. Əslində isə, bu çıxış yolu deyil. Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, insan əsəbiləşəndə bir stəkan su içməlidir. Filmlərdə siqareti su ilə əvəzləmək nə yaxşı olardı. Bu, qəbul olunmuş bir məsələdir. Yeri gəlmişkən, Səhiyyə Nazirliyi və Mədəniyyət Nazirliyi arasında ötən illərdə sağlam həyat tərzinə aid imzalanan sənəddə zərərli vərdişlər məsələsi ilə birgə mübarizə də öz əksini tapıb. Amma filmlərdə, seriallarda, tamaşalarda yenə də zərərli vərdişlər təbliğ olunur.

“Rejissorlar özləri də bilmədən hansısa kadrlarda siqaret istehsal edən maqnatları reklam edirlər”

Sənətşünas, Moderator.az saytının baş redaktoru Xəyalə Rais “Bakı-Xəbər”ə “Artıq uzun müddətdir ki, bu mövzu mətbuatda, sosial platformalarda müzakirə edilir. KİV içərisində əhatə dairəsinə görə daha geniş olan telekanalların üzərinə daha böyük məsuliyyət düşür. Xüsusən nümayiş olunan filmlərdə yer alan siqaretlə bağlı kadrların təqdimat məsələsi daha aktualdır. Evlərə çağırılmamış qonaq kimi daxil olan televiziyaların ekranından yayılan verilişlərin böyüməkdə olan nəslin tərbiyəsində oynadığı rolu nəzərə alsaq, məsələnin nə qədər əhəmiyyətli olduğunu düşünmək çətin deyil”-deyə bildirdi.

X.Rais hesab edir ki, zərərli vərdişlərin filmlərdə, seraillarda, verilişlərdə qanunla qadağan edildiyi hər kəsə məlum olsa da, qanuna zidd yanaşmalar sərgilənir. “Əlbəttə, bundan əvvəl də siqaretin televiziyada reklamı ilə bağlı müəyyən qadağalar var idi. Reklamın müasir dünyada həyat tərzini diqtə etdiyini, bəzən əxlaqi və etik normaları dəyişdiyini nəzərə alsaq, bu qadağaların mövcudluğuna haqq qazandırmaya bilmərik. Məsələyə sağlamlıq nöqteyi-nəzərindən yanaşanda isə bu, ikiqat təhlükəlidir. Əlbəttə, istehsalçıları yalnız bircə şey - öz malları maraqlandırır, onları reklam edən bütün vasitələr isə yaxşıdır. Rejissorlar özləri də bilmədən hansısa kadrlarda siqaret istehsal edən maqnatları reklam edirlər. Qəhrəmanların siqaret çəkmə səhnəsini nümayiş etdirmələri ən mükəmməl reklam formalarıdır.

Artıq müxtəlif ölkələrdə tütün məhsullarının reklamına qadağaya insanların sağlamlığı baxımından yanaşılsa da, sənətdə yanaşmalar fərqlidir. Bir rejissorla söhbətimdə o bildirirdi ki, bəzən belə hallar qaçılmaz olur. Belə ki, bütün dünyada 18+ nişanından istifadə olunur. Tutaq ki, müharibə haqqında film çəkilir. Stalin siqaret çəkməməlidir? Axı o həqiqətən siqaret çəkib. Çörcillin əlində siqaret olmamalıdır? Biz bunlarsız kadrları necə göstərəcəyik? Bunlar inandırıcı kadrlar olmayacaq. Və yaxud cəbhə haqqında çəkilən filmlərdə səngərdə alman tanklarını gözləyən hər iki əsgərdən biri tütün çəkir. Onda bizdə sağlam həyat tərzi keçirən "səngər həqiqəti” alınacaq. "Baharın on yeddi anı”nda Ştirlisin damağında siqaret olan səhnələr var. O kadrları necə kəsmək olar?

Hesab edirəm ki, bu həm də mənəviyyat məsələsidir. Əvvəllər oğulun atanın yanında, kiçiyin böyük yanında siqaret çəkməsi etik baxımdan düzgün hesab edilmirdi. Həmçinin ictimai yerlərdə siqaretin çəkilməsi müsbət hal kimi qarşılanmırdı. Amma indi vəziyyət tamamilə başqadır. Demək ki, bu boşluq təkcə filmlərimizdə deyil”.

X.Raisin fikrincə, qanunvericiliyin müvafiq bəndinə riayət edilməsi çox vacibdir. “Bütün hallarda filmlərdə müvafiq qanunun tələblərinə əməl edilməlidir. Bizdə çəkilən filmlərin əksəriyyəti müasir mövzulardadır və ssenaristlər, rejissorlar zərərli vərdişləri göstərməkdən çəkinməlidirlər”-deyə o, bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ