çərşənbə günü, 07 oktyabr 2026
     

Cənubi Azərbaycan folkloru haqqında nələri bilmirik?..

Image


Azərbaycan ağız ədəbiyyatı çox zəngindir və bir neçə janrı əhatə edir. Ulularımız ən qədim çağlarda unikal nümunələr yaradıblar ki, biz onları folklor adlandırırıq. Bir çox tədqiqatçılar folkloru kollektiv yaradıcılığa aid etsələr də, fikrimizcə, bu yanlışdır, folklor nümunələrini yaradan şəxslər olub ki, onların dilindən bu örnəklər xalq arasında yayılıb.

İlk folklor nümunələrimiz əmək nəğmələridir ki, biz onların örnəklərini bütöv Azərbaycan folklorunda, şifahi xalq ədəbiyyatında görə bilirik. Azərbaycan folklorunun zəngin olduğunu qeyd edərkən vurğulamalıyıq ki, bura Cənubi Azərbaycandan, Anadoludan, Kərkükdən, Borçalıdan, Göyçədən, Zəngəzurdan, İrəvandan, Dərbənddən və başqa yerlərdən tutmuş Şimali Azərbaycana qədər böyük bir ərazidə yaranan folklor xəzinəsi daxildir.

“Türkün dilitək sevgili dil olmaz” rubrikasında Güney Azərbaycan folklorundan danışacağıq. Onu da deyək ki, AMEA-nın Folklor İnstitutunda ayrıca Cənubi Azərbaycan Folkloru şöbəsi fəaliyyət göstərir və bu şöbə Azərbaycanın Güneyində formalaşan şifahi xalq ədəbiyyatını, folklor külliyyatını toplayıb nəşr edir.

  • “Cənubi Azərbaycanda  onlarla dastan mövcuddur ki, onlar da yazıya alınmalıdır”

AMEA-nın Folklor İnstitutunun Cənubi Azərbaycan Folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova “Bakı-Xəbər”ə Cənubi Azərbaycan folklorunun öyrənilən və öyrənilməyən istiqamətlərindən danışdı.  “...Ümumi Azərbaycan folklorunun Cənub şifahi xalq sənəti istiqamətində toplama, nəşr və tədqiqinin aparılması, sözsüz ki, istər Sovetlər birliyi, istərsə də müstəqillik dövründə müəyyən çətinliklərlə həyata keçirilib.
Qeyd edək ki, məlum siyasi-ideoloji problemlərə baxmayaraq, Cənubi Azərbaycan folklorunun toplanması və nəşri Sovetlər Birliyi dövründə də Azərbaycan ziyalıları, alimlərinin diqqət mərkəzində saxlanılıb. Cənubda toplama işinin aparılmasındakı qadağalar, dövlətlərarası siyasi gərginlik şəraitində folklor örnəklərinin bir araya gətirilməsi əsasən əlyazma mətnləri, eləcə də cənublu soydaşlarla şəxsi görüşlər zamanı əldə edilib, bu materialların nəşri məsələsi də Sovetlər birliyi dövründə mövcud ideoloji düşüncə baxımından mümkünsüz olub. Lakin ümummilli lider Heydər Əliyevin güclü siyasi iradəsi sayəsində diplomatik şəkildə bu proqram həyata keçirilib. İlk dəfə olaraq Cənubi Azərbaycan folkloru nümunələrinin sistemli şəkildə bir arada nəşri məsələsi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun təşəbbüsü sayəsində mümkün olub. İnstitutun Cənubi Azərbaycan ədəbi mühiti ilə bağlı hazırladığı "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası" 4 cildlik topluda yazılı nümunələrlə yanaşı, müxtəlif folklor örnəklərinə də geniş yer verilib”.

M.Abbasova qeyd etdi ki, AMEA-nın Ədəbiyyat İnstitutunun Cənub folkloru ilə bağlı məlum tarixi xidməti ardıcıl şəkildə ayrı-ayrı alim, mütəxəssislərin bu sahəyə olan marağını da artırıb. “Belə ki, mərhum folklorşünas alim prof. Bəhlul Abdulla 1986-cı ildə yazıçı Mirzə İbrahimovun təşəbbüsü ilə Təbrizdə çap olunmuş kitab və məcmuələrdən topladığı folklor örnəklərini "Arazam, Kürə bəndəm" başlığı altında nəşr etdirir. Davamlı şəkildə cənublu soydaşımız Əhməd Azərlu tərəfindən toplanıb tərtib olunan atalar sözləri 1994-cü ildə yenə də prof. B.Abdullanın ön sözü ilə "Təbrizdən dörd dəftər" adı altında işıq üzü görür. Kitabda verilən məlumatlara görə, Əhməd Azərlu bu nümunələri vaxtilə ana babası Hacı Məhəmməd Cəfərzadə Batumçının tapşırığı ilə hələ kiçik yaşlarından toplamağa başlayıb, 1941-ci ildə babası vəfat etdikdən sonra da toplama işi ilə müntəzəm məşğul olub. Cənubi Azərbaycanın şəhər və kəndlərindən toplanan bu folklor nümunələri daha çox Qaradağ mahalından əldə edilib.
Azərbaycan folklor mədəniyyətinin Cənub şifahi ədəbiyyat ənənələri əsasında araşdırılması, tədqiqi müstəqillik dövründə daha çox aktuallıq qazanıb və həm də siyasi xarakter daşıyıb...

Kiçik həcmli folklor janrlarından fərqli olaraq, Cənubi Azərbaycan folklorunun dastançılıq ənənələri bu dövrdə el aşıqlarımızın repertuarları da daxil olmaqla toplama və nəşr işində daha geniş yer alır. Cənub aşıq mühütləri – Urmiya, Qaradağ-Təbriz, Qaşqay, Savə, Sulduz, Zəncan, Xorasan və bu mühitlərin məlum dastan söyləmə üslubları, havaları arasında müxtəliflik, fərqlər zəngin xəzinənin öyrənilməsinə daha çox maraq yaradırdı. Professor Məhərrəm Qasımlının "Aşıq sənəti" adlı monoqrafiyasında xüsusi olaraq Cənub aşıq mühitləri (Urmiya, Zəncan, Savə, Qaşqay) tədqiq olunub, müqayisələr aparılıb.
Cənubi Azərbaycan aşıqlarının arxivlərimizdə qorunan onlarca dastan variantlarına baxmayaraq, nümunələrin nəşri və tədqiqatlarda yer alması da məhz müstəqillik dövründə həyata keçirilir. Müşahidələr göstərir ki, Güney Azərbaycan aşıqlarının repertuarında bu və ya digər dastanlardan fərqli olaraq "Koroğlu" dastanına xüsusilə geniş yer verilib. Cənub folklor nümunələrinin zamanla toplanması ilə məşğulkən Əli Kəmali bu işdə "Koroğlu" dastanının müxtəlif variantlarının əldə olunmasına çalışıb. Toplanan nümunələrin çap etdirilməsinə imkan olmadığından folklor örnəkləri uzun zaman Əli Kəmalinin arxivində saxlanıb. 1991-ci ildə Tehranda olarkən Folklor İnstitutunun əməkdaşı folklorşünas Əli Şamil toplayıcıdan bu nümunələrin əldə edilməsinə nail olub və dastanın Təbriz variantları 2009-cu ildə Folklor İnstitutu tərəfindən nəşr olunub.
Müstəqillik dövrü Cənubi Azərbaycan folklorunun sistemli şəkildə toplanma, nəşr və tədqiqi məsələlərinin bir arada elmi istiqamətdə öyrənilməsi sözsüz ki, AMEA-nın Folklor İnstitutu tərəfindən həyata keçirilib”.

M.Abbasovanın sözlərinə görə, folklorun bütün janrlarında araşdırma aparılıb. “XV cilddə Güney Azərbaycan Folkloru kitabı çap olunub. Burada daha çox atalar sözlərinə, bayatılara, xalq inanclarına, mərasimlərə, laylalara, rəvayətlərə yer verilib. Eyni zamanda ayrıca olaraq aşıq dastanlarını öyrənmişik. Kitabımızın beş cildi aşıq dastanlarına həsr olunub. Ümumilikdə, 37-dən artıq aşıq dastanını qeydə almışıq. Həm də nəzərinizə çatdıraq ki, bu dastanların beşi istisna olmaqla qalanları səsli fayllardan köçürülərək götürülüb. Kitablarımızda ayrıca aşura mərasimləri, çillələrlə bağlı məlumatlar var. Ümumi baxanda  Azərbaycan folkloru ilə bağlı bütün janrlar üzrə məlumatları toplamışıq. Təbii ki, çox zəngin bir mənbədir və bu mənbənin hələ öyrənilməsini hələ də davam etdiririk. Məsələn, biz Təbriz yörəsində, Ərdəbildə, Urmiyada atalar sözlərini, yaxud mərasimləri toplamışıq. Amma digər bölgələrdə olan folklor janrlarının da toplanmasına ehtiyac var. Aşıq ədəbiyyatı Cənubi Azərbaycanda bir dəryadır. Biz sadəcə olaraq 37 dastanı qeyd etdik, amma Cənubi Azərbaycanda onlarla dastan mövcuddur ki, onlar da yazıya alınmalıdır.  Ona görə də, bizim tədqiqatlarımız yenə də dastanlarımızın, təkrar olaraq mərasimlərin öyrənilməsi istiqamətində gedir. Daha çox atalar sözlərini və bayatıları toplamışıq, amma digər janrlarda da bölgələr üzrə araşdırmamızı aparırıq. Bir məqamı da vurğulayım ki, məsələn, Təbriz, Urmiya, Ərdəbl, Xorasan və sair ərazilərdə dialektlər fərqli olduğuna görə biz o nümunələri bir az çətinliklə toplayırıq. Orada mərasimlər arasında da müəyyən fərqlər var”.

M.Abbasova qeyd etdi ki, eyni zamanda da xalq arasında mövcud olan, amma hələ yazıya alınmayan  aşıq dastanlarının onlarca nüsxəsi var ki, bunu da öyrənməyi nəzərdə tuturlar.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ