şənbə günü, 10 oktyabr 2026
     

Hələ yaşamağa dəyər, Məmməd İsmayıl!

Image


Məmməd İsmayılın "Ağacdələn, döy qapımı, döy görüm" şeiri ilkin gəncliyimizin ürək göynədən, qəlb sızıldadan şeirlərindəndir. Bu şeir yalnız bizim nəslin deyil, bizdən əvvəlki nəslin də sevdiyi, əzbər söylədiyi şeirdir. Bu şeirdə nə sirr vardısa, hamımız onu əzbərləməyə can atırdıq. Məmməd İsmayıl adı bizə çox doğma idi. Ömrümüzdə bir dəfə də olsun üzünü görmədiyimiz, bir kəlmə danışmadığımız şairin şeirlərini tələbə yoldaşlarım da, mən də əzbər bilirdik.
Ağacdələn, döy qapımı, döy görüm,
Daha qapı döymür ağacdələnlər,
Hamı öz hayında, öz vayındadı,
Didərgin düşübdü ağacdələnlər,
Daha döyüləsi qapı qalmadı.
Zamanın əqrəbi harda ilişib,
Harda bağlanıbdı haqqın yolları,
Bu evin yiyəsi didərgin düşüb,
Bu kəndi şumlayıb tank tırtılları.
Haqqa tapınmayıb dönüb gələnlər,
Ölən körpələrin nakam ahları,
Daha qapı döymür ağacdələnlər,
Diksinər, diksinər şəhid ruhları.
Göylərdən tökülən daşdı, yağışdı,
Qarabağ köksümdə sızlayan yara,
Tanrı qədəridi, yoxsa qarğışdı,
Dalımızca gəzir qarabaqara.
Köhnə dəyirmanı sovulub durub,
Sahibsiz daxmalar yorulub durub,
Arxları göllənib durulub durub,
"Ay adam, bu kəndin kişisi hanı?..."
Hansımızın dərdi yox idi bu şeirdə. Çoxlarımız yurdlarımızı Allah ümidinə qoyub, qapılarımıza yekə bir qıfıl asıb şəhərə köçdük. Qapılarımızı ağacdələn döymədi daha. Çünki bağlı qapı heç kəsin üzünə gülməz... Məmməd İsmayıl hamının yaşadığı dərdi, köynək altda qan verən yarasını dilləndirdi bu şeirdə...
O bu zəmanədən söz götürmədi,
Başını götürüb getdi deyərsiz...
Qürbətə aparan yolların bəndi-bərəsi gedənlərin üzünə açıq olsa da, qayıtmaq istəyənlərin uğuruna bağlı olur. Qürbəti seçənlər görəsən xoşbəxt olurmu nə vaxtsa? Qürbətlə xoşbəxtlik bir araya sığmaz fikrimcə.
Ömrünün payızındadır Məmməd İsmayıl. 75 yaşı olmasına baxmayaraq, yenə də gənclik havasını canında daşıyır, ruhu cavandır Məmməd əminin. O zəmanədən söz götürməsə də, kür təbiətli Məmməd İsmayıl zəmanəyə, dövrana hər zaman sözünü deyib.
Böyük şairlər ona görə böyük olurlar ki, səmimi olurlar, səmimiyyət isə poeziyanın aynasıdır.
Gedərsə, Vətənin qalar Vətəndə,
İçinin içində köz Vətən olar.
Dərdinə, sərinə vətənsən sən də,
Qürbətdə sənə də söz Vətən olar.
Vətən sevgisi haqqında yazılan, həsrət pərdəsində köklənən bir şeirdir. Şairin qürbət ağrıları xalqın ürəyində hiss olunur...
Noyabrın 11-də Aktyorlar Evində görkəmli şair, publisist, Türkiyənin Çanaqqala Universitetinin professoru, keçən əsrin 80-ci illərinin sonlarında "Gənclik-Molodyoj" jurnalının baş redaktoru və yaradıcısı, bu dərgi ilə nəsilləri tərbiyə edən Məmməd İsmayılın 75 illik yubileyinə həsr edilən "Hələ yaşamağa dəyər" adlı tədbir keçirildi.
Mən sənin yadından çıxırdım yəqin,
Sən mənim yadıma düşdüyün axşam...
Çox sevdiyim misraların müəllifi Məmməd İsmayıl 75 yaşında da, ömrün xəzanında da bahar ruhlu, yaz nəfəsliydi, yenə ilhamı coşub-daşırdı, yenə odlu misraları kür at belində şahə qalxmışdı. Məmməd əmi qürbət eldə qəribdir. Yubileyin gedişində şair ürək göynədən bir söz işlətdi. Dedi ki, qürbətə gedən şairlər Vətənə ancaq dəfn olunmaq üçün qayıdır. Razılaşmıram Məmməd əminin fikri ilə. Qürbətdən Vətənə sağ-salamat qayıdıb ədəbiyyatımızdakı əbədi yerində olmalıdır şair. Onsuz da söz aləmində onun yeri başdadır. "Savalanda yatan igid" şeirini yazıb xalqımızın mübarizə əzmini diri və ayaqda saxlayan Məmməd İsmayılın gecəsini xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı aparırdı... Gənclik illərindən mehr-ülfət bağlayan şairlər həqiqətən də necə səmimi, ayrılmaz dost olduqlarını bir daha sübut etdilər.
"Boyunu sevmişəm sözünün ürəyi ilhamla dolu olan şairin. Əlbəttə, hər bir şeir vurğununun Məmməd İsmayılın şeirlərinə könül verməsi təbiidir.
Sabir Rüstəmxanlı gənclik illərinə, Məmməd İsmayılla tanış olduğu illərə qayıtdı. S.Rüstəmxanlı dedi ki, Məmməd müəllimlə gəncliyi bir yerdə keçib və hətta bir neçə il bir yerdə kirayədə yaşayıblar: "Məmməd, Bakıya xoş gəlmisən, 75 yaşına xoş gəlmisən. Sənə bu yaşa gəlib çıxmağına görə biz minnətdar olmalıyıq ki, bir ocağı kor qoymadın, yaşadın, yaşatdın.
Nə deyim həyatın qanunlarına,
Gör niyə fəryadlar qoparıram mən.
Sən məni dünyaya gətirdin, ana,
Sənisə dünyadan aparıram mən...
Məmmədlə, Fərman Kərimzadə ilə, Nüsrət Kəsəmənli ilə, Musa Yaqubla, Tofiq Hüseynlə o qədər yaxın olmuşuq ki, hətta kiçik qardaşlarımdan biri "biz elə bilirdik, Sabir bizim yox, Məmməd İsmayılın, Nüsrət Kəsəmənlinin, Fərman Kərimzadənin qardaşıdır" deyə yazırdı. Biz bir-birimizə doğma qardaş kimi olmuşuq".
Kiminsə yadında qalan bəndəyəm,
Hələ söz Vətəndə, mən qürbətdəyəm!
Hələ qürbətdə yaşayır ömrünün davamını Məmməd İsmayıl. Vətənlə qürbətin arasında vurnuxur şair. Qürbətdə taleyi, Vətəndə ürəyi, sözü yaşadır onu.
Məmməd İsmayılın 75 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, tanınmış ədəbiyyatşünas alim Rüstəm Kamal, şair İbrahim İlyaslı, türkiyəli şair-ozan Maksud Qoca Fəryadi, Çiçək Məmmədova, Akif Əhmədgil, Dünya Türk Gənc Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalı çıxış edərək M. İsmayılın yaradıcılığı və şəxsi keyfiyyətləri haqqında danışdılar. Xalq artisti Azər Zeynalov şairin sözlərinə bəstələnən mahnını ifa etdi. Səhnəyə qalxıb Məmməd İsmayılı təbrik edənlər sırasında xalq artisti Flora Kərimova da vardı. Flora xanım Məmməd İsmayılın yaradıcılığı haqqında çox maraqlı fikirlər bildirdi":Məni sizlər formalaşdırıbsınız, Məmməd bəy. Sizin şeirlərinizi ifa edə-edə püxtələşmişəm, yetişmişəm. Mən sizin şeirlərinizə bəstələnən mahnıları oxuyanda şəxsən tanış deyildik".
Sonra Məmməd İsmayılın sözlərinə bəstələnmiş "Səndən xəbərsiz" və "Nəyinə lazımdır" mahnılarını ifa etdi...
Məmməd İsmayıl Flora xanıma minnətdarlıq etdi. Sonra zala xitabən bildirdi":Görürsünüz ki, zal ağzına qədər doludur. Mən bura heç kəsi dəvət etməmişəm, hamı könüllü gəlib. Ancaq burada bir dənə də olsun televiziya kanalı yoxdur, gəlməyiblər. Bu məni narahat etmir. Əsas odur ki, millətim mənim yanımdadır, bu mənim bəsimdir".
Gecədə həmçinin Məmməd İsmayılın şeirlərinə yazılan musiqi səsləndi, aşıqlar Məmməd İsmayılın sözlərini ifa etdilər.
Vətəndən qürbətə üz tutub getdi bir vaxtlar. Məmməd İsmayıl kimi şairlər harda varsa, orada Vətən yaşayır, orada Vətən qorunur...Vətənin böyük şairi, 75 yaşınız mübarək!






VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiz, ya da yox olacaqsız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ