Cümə axşamı günü, 08 oktyabr 2026
     

Mədəniyyət Nazirliyi strukturlarında daha bir neqativ üzə çıxır - qeyri-ixtisas sahibləri...

Image


Mədəniyyət Nazirliyində baş verən son proseslər nəticəsində bu qurumun strukturlarında qeyri-ixtisas sahiblərinin də çox olması faktı üzə çıxıb. Mədəniyyət adamları ilə söhbətlərimiz zamanı məlum olur ki, nazirliyin strukturlarında da, xüsəsən də kitabxana, muzey, klub və mədəniyyət evlərində daha çox qeyri-peşəkar, bu sahələr üzrə ixtisas sahibi olmayanlar çalışır.

Bu problem daha çox özünü regionlarda göstərir və nazirliyin regional mərkəzlərində də bu cür qeyri-ixtisas sahiblərinin təmsil olunduğu bildirilir. Əvvəlki dövrlərdə də nazirliyin əlaqədar qurumları özləri etiraf etmişdilər ki, bu istiqamətdə qeyri-ixtisas sahibləri var və onlar ixtisasartırma kurslarına cəlb edilirlər. Ümumiyyətlə, ölkənin müvafiq ali məktəblərini bitirmiş ixtisaslı kadrların mədəniyyət qurumlarında yerləşdirilməsi istiqamətində ciddi problemlər mövcuddur.

Yerlərdə kadr çatışmazlığını bəyan edən nazirlik strukturları bu problemi ixtisaslı kadrları işə cəlb etməklə, onların işə qəbul olunma şərtlərini yüngülləşdirməklə həll etmək istəmirlər. Bu problemi kitabxanalar, klublar, eləcə də digər qurumlar bütövlükdə mədəni xidmət sahələrinə təsadüfən düşən insanları ixtisasartırma kurslarına cəlb etməklə həll etmək yolunu tutub. Fakt budur ki, yerlərdə, xüsusən də kəndlərdə kitabxanaların, klubların, mədəniyyət evlərinin, özfəaliyyət dərnəklərinin vəziyyəti qənaətbəxş deyil, fəaliyyət göstərdikləri binalar nəinki müasir texniki-kommunikasiya vasitləri ilə təmin edilməyib, hətta binaların özləri qəzalı vəziyyətdədir.

Bu arada mədəniyyət işçilərindən aldığımız məlumata görə, bölgələrdə bir sıra mədəniyyət evlərinin, klub, dərnək və kitabxanaların bağlanması haqqında da söz-söhbətlər var. Yəni klubların çoxunun fəaliyyətinin mövcud şəraitdə gərəksiz olduğu və buna görə də onların bağlanması “zərurətə çevrilib”.

Bir məqamı da qeyd edək ki, kəndlərdə, qəsəbələrdə hansısa kitabxananın, klubun, mədəniyyət evinin problemlərini dilə gətirən əməkdaşlar olurdusa, dərhal həmin əməkdaş əvvəlcə rayon mədəniyyət idarələri, hazırda isə regional mədəniyyət idarələrinin rəhbərliyi tərəfindən işdən çıxarılmaqla hədələnirdilər. Onlar da işlərini itirməmək üçün “mən elə deməmişdim, jurnalist elə yazıb” deyə məsuliyyəti öz üzərilərindən mətbuatın üzərinə atırdılar. Bu barədə kifayət qədər fakt var.

  • “...öz qohum-əqrəbasını, yerlilərini ətrafına yığmağa başlayır”

İNK baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov Mədəniyyət Nazirliyi strukturlarına qeyri-ixtisas sahiblərinin hansı üsullarla yol tapmasının səbəblərini “Bakı-Xəbər”ə şərh etdi. “Bu, Azərbaycanda olduqca ciddi problemdir. Əslində, bir çox sahədə yerlibazlıq, dostbazlıq, qohumbazlıq, rəhbər şəxslərin öz yaxınlarını çalışdıqları idarələrə cəlb etməsi kimi mənfi tendensiyalar mövcuddur. Amma bu məqam ola bilsin ki, özəl xidmət sahəsində, biznesdə o qədər də gözə çarpmasın, amma dövlət qurumlarında hiss olunur. Birbaşa kütlə ilə ünsiyyətdə olan bir sahə olaraq tanınan mədəniyyət və incəsənət sahələrində, xüsusən də mədəniyyətin müxtəlif istiqamətlərində - kitabxana, mədəniyyət evləri, klublar, muzeylər və digər sistemlərdə xüsusilə diqqəti çəkir. Hətta bir çox tanınmış insanın, tarixi şəxsiyyətlərin mənzil, xatirə muzeylərinə belə yalnız onun qeyri-ixtisas sahibi olan yaxınlarının direktor və inzibati rəhbərlikdə təmsil olunmasına şərait yaradılır. Biz bunun şahidi oluruq. Fikir versəniz, Azərbaycanın dövlət nəzdində olan müxtəlif ev muzeylərində bunun şahidi olarsınız. Halbuki, mədəniyyət çox spesifik bir sahədir və bu sahədə çalışan insan Azərbaycan dilini, mədəniyyətini, ədəbiyyatını, mədəniyyət tarixini, eyni zamanda da çağdaş dünya mədəniyyətinin müxtəlif istiqamətlərini gözəl bilməlidir. Yaşadığı şəhərin, bölgənin tarixini, spesifik mədəni, etnoqrafik xüsusiyyətlərini anlamalıdır. Bilirsiniz ki, müasir anlamda mədəniyyət yalnız dar çərçivədə başa düşülmür, həm də turizmin bir qolu olaraq kreativ iş yerləri kimi qəbul edilir. Bu gün mədəniyyətin bütün istiqamətləri dünya turistlərinin Azərbaycana cəlb edilməsi və yerli büdcənin doldurulması üçün çox əhəmiyyətli bir sahə sayılır. Mədəniyyət qurumlarında, muzeylərdə, qoruqlarda və başqa bu kimi müəssisələrdə çalışanlar mədəniyyətşünaslığı təmsil etməklə yanaşı, həm də xarici dil bacarıqlarına yiyələnməlidirlər. Əgər İranla sərhəd bölgələrdisə, məsələn, Naxçıvan, cənub bölgəsidirsə burada bu sahədə çalışanların fars və ərəb dillərini bilməsi vacibdir. Çünki ən çox turist buradan gəlir. Şimal bölgəmizdə rus dili, Bakıda və digər beynəlxalq əhəmiyyətli turizm məkanları yerləşən bölgələrdə isə ingilis, fransız, alman, ispan və ərəb dillərini bilmək mütləqdir. Amma görün biz burada bunun əvəzinə hansı mənzərə ilə qarşılaşırıq? Kimi mədəniyyət şöbəsinə direktor qoyurlarsa, o, ilk növbədə, öz qohum-əqrəbasını, yerlilərini ətrafına yığmağa başlayır, yaxud, ən pis halda, müəyyən şirinlik müqabilində, rüşvət almaqla qeyri-ixtisas sahiblərini işə götürür, onları mədəniyyət sahələrinə cəlb edirlər. Əvvəllər bu az hiss olunurdu. Çünki bu sahədə məvacib az idi. Amma son dövrlərdə müxtəlif sahələrdə, o cümlədən də mədəniyyət sahəsində çalışan işçilərin əməkhaqlarının qaldırılması, pensiya təminatına kömək edilməsi, tibbi sığortaya dövlət, yaxud işəgötürən tərəfindən məbləğ ödənilməsi nəticəsində bu sahədə işləmək üçün insanlarda maraq yaranıb. Üstəlik də, bilirsiniz ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı Azərbaycanda böyük dövlət proqramları həyata keçirilir. Onların da bir çoxu mədəniyyətin müxtəlif sahələri ilə bağlıdır”.

A.X.Əbilov vurğuladı ki, ölkəmizə gələn turistlər mədəniyyət ocaqlarına, xüsusən də muzeylərə getməyə üstünlük verirlər. “Təəssüflər olsun ki, biz buna əhəmiyyət vermirik. Bu da bir sıra neqativ hallara səbəb olur. Məsələn, Lənkəranda bir “Dairəvi qala” adlı abidə var. Bilmirəm onun bərpasını hansı şirkətə vermişdilər, iki ildən sonra bərbad vəziyyətə düşüb. Stalinin həbsdə olduğu, İran-Rusiya müharibələrinə şahid olan orta əsrlərin unukal zindan qalası, istehkam qalası hazırda dağılmaq ərəfəsindədir. Artıq onun damı uçub, tavanı bərbad vəziyyətə düşüb.

Mədəniyyətin bu cür vacib sahələrinin qeyri-ixtisas sahiblərinə həvalə edilməsi nəticəsində bu istiqamətdə kifayət qədər problem var. İstər rayon, şəhər, kənd kitabxanaları, istərsə də məktəb kitabxanalarında bu problemi görürük. Hesab edirəm ki, indiyə qədər nazirliyin strukturlarında çalışan qeyri-ixtisas sahibləri ilə bağlı tədbirlər görülməlidir. Fikrimcə, bu istiqamətdə attestasiyanın keçirilməsi, qeyri-ixtisas sahiblərinin bu sahədən uşaqlaşdırılması zərurətə çevrilib. Bundan başqa, müəllimlərin, həkimlərin və digər sahə işçilərinin, mədəniyyət strukturlarında işləyənlərin də akkreditasiyasının keçirilməsi zərurətə çevrilib. Özü də bu, Mədəniyyət Nazirliyi tərəfindən yox, neytral bir təşkilat tərəfindən keçirilməlidir ki, hansısa neqativliklərə təkrar yol verilməsin. Təklif edərdim ki, Azərbaycan Prezidenti yanında Mədəniyyət Fondu yaradılsın və bu iş ya onun, ya da Dövlət İmtahan Mərkəzinin xəttilə keçirilsin. Bu, problemin həllinə kömək etmiş olar” - deyə A.X.Əbilov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ