22/04/2019 00:46
728 x 90

Balakənin Talalar kənd sakininin evində narkotik aşkarlandı...

img

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Talalar kənd sakini, 28 yaşlı Eşqin Abbasovu saxlayıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər