Oktyabrın 14-nə keçən gecə Neftçala şəhəri ərazisində Bakı şəhər sakini F.Eynullayevin içərisində 9000 manat pulu olan “KİA” markalı avtomobilinin yandırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Faktla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanıb. Araşdırmalarla onun şəhər sakini İbrahim Muradov olduğu məlum olub.
RPŞ-də araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidməıtinin əməkdaşı