Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıb.
Paytaxtın Neftçilər prospektində Qusar rayon sakini V.Balakişiyevin velosipeddən asdığı çantadan içərisində 2660 manat olan pulqabısının oğurlanması barədə daxil olmuş məlumatla əlaqədar Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmir Mirzəyev saxlanıb.
Xətai RPİ 37ci Polis Şöbəsinin əməkdaşları tərəfindən avtobusda paytaxt sakini olan bir qadının çantasından içərisində pulu və bankomat kartı olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elnur Hüseynov saxlanıb.
Göyçay RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki mağazaların birində orada işləyən qadının çantasından 1836 manat və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Yusubova saxlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı