Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Cəlilabad rayonu ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satmaq istəyən şəxs cinayət başında yaxalanıb.
Araşdırmalarla onun əvvəllər də məhkum olunmuş, rayonun Xəlilabad kənd sakini Nemət Əsədullayev olduğu məlum olub.
N.Əsədullayevin satmaq istədiyi narkovasitənin çəkisi 1 kiloqramdan artıq tiryək olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı