Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Kərimli kəndi ərazisində yerləşən çayxananın xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin obyektə baxış zamanı orada olan müştərilər və çayxananı işlədən kənd sakini İmran Haşimovun sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları məlum olub.