Xırdalanda quldurluq edən iki qardaş ələ keçdi, onlardan birinin oğurluq cinayəti də açıldı

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayından may ayının 21-dək olan müddətdə Xırdalan şəhər sakini H.Babayevə hədə-qorxu gələrək 2300 manatını almaqda və 270 manat tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Seydiyev və qardaşı H.Seydiyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, M.Seydiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 17-də rayon ərazisindəki marketlərin birindən 287 manat dəyərində qolbaq oğurlaması da müəyyən edilib.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.