Ötən il Azərbaycanda 42 mln. ton neft hasil olunub. Bunun da 34 mln. tonu "Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqlarından hasil edilib. "APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev "Caspian Energy Club”un təşkilatçılığı ilə keçirilən Azərbaycan biznes forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkədə 29,6 mlrd. Kubmetr qaz hasil edilib ki, bunun da çox hissəsi "Azəri-Çıraq” və "Şahdəniz” yataqlarına aiddir: "Azərbaycanın neft ixracı təxminən 35 milyon ton olub ki, bunun da çox hissəsi "Azəri-Çıraq-Günəşli” yatağına aiddir.”