Bazar günü günü, 11 oktyabr 2026
     

İstixana sahibləri bir-bir fəaliyyətini dayandırır, pomidorun qiyməti kəllə-çarxa çıxır...

Image


Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsulları sırasında pomidorun hər zaman xüsusi çəkiyə malik olduğu müşahidə edilib. Rəsmi məlumata görə, pomidor Azərbaycanın ən çox ixrac etdiyi qeyri-neft, kənd təsərrüfatı məhsulları arasında ilk sırada durur. Lakin son dövrlərdə bu məhsul istehsalı ilə bağlı vəziyyətin heç də qənaətbəxş olmadığı müşahidə edilir.

Elə bu da pomidorun bahalaşması ilə müşayiət edilir. Reaı vəziyyət göstərir ki, Azərbaycan pomidor bazarında tələb təklifi üstələyir, çünki bu məhsulun istehsalı üzrə hazırda qıtlıq müşahidə olunur.

Məsələ burasındadır  ki, sahə pomidorları ölkənin həm cənub rayonlarında, həm də Xaçmaz zonasında iyul ayında bazara çıxmağa başlayır. Hazırda istehsalçılarda böyük həcmdə pomidor ehtiyatı yoxdur. Bu səbəbdən qiymətlər artır. Ümumiyyətlə, martın sonu, aprel ayı ərzində pomidorun ən baha qiymətə satılan vaxtıdır. İstixanalarla bağlı durum isə qeyri-qənaətbəxş olduğundan, məhsul istehsalında ciddi problemlər qeydə alınır. Belə ki, Azərbaycanın bölgələrində yaşayan pomidor istixanaları sahibləri çətinliklərlə üzləşdiklərini deyirlər. Pomidor istehsalçılarının sözlərinə görə, məhsulda maya dəyərinin bahalaşması yerli bazarda pomidorun qiymətini qaldırır, üstəlik, Rusiyaya pomidor aparmaq da çətinləşib. Xüsusən də yanacağın qiymətinin bahalaşmasından sonra Şəmkir, Samux, Gəncə kimi bölgələrdə onlarla istixana fəaliyyətini dayandırıb. İstixana sahibləri iddia edirlər ki, bu sahə artıq gəlirli olmadığından, İpək yolunun (Bakı-Qazax avtomobil yolu nəzərdə tutulur) kənarında onlarla istixana bağlanıb, onlardan bəziləri yerini, bəziləri dəmir dayaqları metal kimi satır. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin statistikasına görə, 2022-ci ilin aprelində Zirə pomidorunun 8-ci km bazarında aşağı qiyməti 3 manat, yüksək qiyməti isə 3.3 manat arasında olub. Ötən ilin eyni dövründə ən ucuz Zirə pomidoru 2.5 manat, ən bahalısı isə 3 manat olub. Rəsmi məlumata görə, bu il Zirə pomidoru 30-50 qəpik bahalaşıb.

Kənd Təsərrüfatı Nazirliyi hesab edir ki, pomidorun qiymətində bahalaşma təbiidir, yeni məhsulun bazara çıxması ilə qiymət normallaşacaq, istixanaların bağlanması isə kütləvi hal deyil. Lakin Şəmkir rayonunun Çaparlı kənd sakini Rəsmiyyə Əsgərova BBC-yə açıqlamasında deyir ki, istixanada pomidor becərmək ildən-ilə çətinləşir, çünki hər il istehsal xərcləri artır. O istisna etməyib ki, bu il də pomidorun qiymətinə bahalaşan yanacaq, gübrə, toxum xərcləri əlavə olunacaq. İstixana sahibi deyir ki, əsasən pomidorları Rusiya bazarı üçün istahsal edirlər, amma yerli bazara da məhsul verirlər:

"Gübrələr xaricdən gəlir, bahalıdır, 2 ildir Rusiyaya pomidor aparan olmayıb, ziyanla işləyirik. Əvvəl Rusiyaya gedən pomidorun yeşiyi 15 manata idisə, qəflətən qiymətlər 3 manata düşdü. Bu halda kilosu 10 qəpiyə düşür, o da sərf etmir. Heç olmasa kiloqramı 60-70 qəpik olsa bizə sərf edər, xərclərimiz çıxar və qazanc da olar". O, orta sahibkarlıq fəaliyyətinə və ya ixraca məhsul verdiyinə görə, hər hansı dəstək görmədiyini deyir. Samux rayonu ərazisində altı ildir istixana işlətmiş Elnur Bayramov artıq öz biznesini satmağa çalışır. O deyir ki, daha istixanadan gəlir əldə edə bilmir, iki il pandemiya müddətini də ziyan etməmək üçün işləməyibr: "İki ildir pomidor əkə bilmirəm, çünki soba mazutu 20 qəpikdən əvvəl 24, sonra isə 74 qəpiyə kimi bahalaşdı. Ondan sonra pomidor əkini sərfəli olmadı, çünki çəkdiyim xərci pomidoru yerli bazarda satmağım ödəmədi. İndiki halda gərək pomidorun kilosunu yerində 4-5 manata satasan ki, nəsə qazana biləsən. Əvvəl alverçilər yanvarda gəlirdi, məhsul çıxmamışdan beh verirdilər. İndi gəlmirlər. Rusiya üçün həm alverçilər gəlib alırdı, həm də özün istəsən, apara bilirdin. İndi bu çətinləşib. Şəmkir tərəfdə istixanasını mazutla qızdıran sahibkarların böyük əksəriyyəti dəmir dirəkləri söküb metal toplama məntəqəsinə satıblar”. Onun fikrincə, yerli bazarda pomidoru bahalaşdıran səbəbin biri də onu əkənlərin azalmasıdır. Bakının Zirə qəsəbəsində yerləşən istixanalardan birinin istehsalat müdiri Xəqani Məhərrəmov qeyd edir ki, iri istixanalar ancaq ixrac üçün pomidor yetişdirirlər və onların da böyük əksəriyyəti qazla isinir, problemi yoxdur. Onun sözlərinə görə, Bakı ətrafındakı istixanalar, əsasən, ixrac üçün pomidor yetişdirirlər, yerli bazara da mal verirlər, amma çox az: “İstixanalar yerli bazara ikinci növ məhsul verirlər və idarənin yerli bazara nə qədər az məhsul verməsi "onun uğurunun" göstəricisidir. Hər bir istixana həftəlik yığımından bir-iki ton yerli bazara mal verirsə, mən 200-300 kiloqram verə bilirəm. Daxili bazar üçün yaxşı deyil, amma ixrac üçün yaxşıdır".Onun firkincə, Azərbaycan bazarında pomidorun baha olmasının bir neçə səbəbi var: “Hazırda təbii olaraq, qıtlıq dövrüdür, yeni məhsul hələ təzəcə yetişir və böyük istixanalar ixraca yönəlib. Məsələn, bir şirkət 200 TIR mal göndərirsə, hərəsi 17,5 tondursa və bu həcmdə mal xarici yox, daxili bazara keçərsə, düşünün ki, ölkədə nə qədər pomidor olar. Pomidor çox olduqca da, qiymətlər, təbii, enir. Amma ixracatın gücü artdıqca, əngəl olmadıqca, hər kəs xaricə göndərir və daxildə qıtlıq yaranır. İxracatçı az olanda, bizə daha çox yük düşür. Daxili bazara mal verilməyəndə, yerli qiymətlər qalxaraq Rusiya bazarı ilə eyniləşir. Rusiyada pomidor yoxdur, alırlar 3 manata, bizdə isə alırlar 2.5 manata". O bildirir ki, Rusiyaya pomidor ixracı ilə bağlı hazırda bir problem olmasa da, Ukrayna müharibəsinə görə satdıqlarının pulunu almaqda çətinlik çəkirlər: "Mal tələb edirlər, müqavilə əsasında mal göndəririk. Bizim alternativimiz yoxdur. Alternativ bazarlar da Rusiya ilə eyni qiymətədir, amma məsafə daha çoxdur deyə elə ənənəvi bazar daha sərfəlidir".  Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, Şəmkir ərazisində Çaparlı kəndində bağlanan istixanalar əhalinin həyətyanı sahələrində olan kiçik istixanalar olub:  "Bu kütləvi hal deyil və Şəmkir üzrə baxsaq, bu çox azdır. Həm də fermerlər öz həyətyanı sahələrində bizneslərinin profilini dəyişdirə bilərlər". Qurumun ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Vüqar Hüseynov qeyd edir ki, nazirlik pay torpaqlarında qurulan istixanalara, sənədi olanlara, məhsulunu bəyan edənlərə, qapalı və açıq şəraitdə yetişdirməsindən asılı olmayaraq, pomidorun hektarına görə 280 manat subsidiya ödəyir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, hazırda Azərbaycanın ixraca göndərilən "Pink Paradise" adlı pomidorunun bir kiloqram üçün qiyməti 5 manat 10 qəpikdir. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə Azərbaycan bu il daha çox pomidor ixrac edib. Bu ilin yanvar-fevralında Azərbaycan pomidor ixracından 24.5 milyon ABŞ dolları əldə edib, halbuki, 2021-ci ildə eyni dövrdə bu rəqəm 14.2 milyon dollar olub.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ