çərşənbə axşamı günü, 18 avqust 2026
     

Azərbaycanın neft qiymətləri ilə bağlı strategiyası özünü doğruldur

Image


Koronavirusun hələ də yayılmaqda davam etməsinə baxmayaraq, dünya ölkələri, o cümlədən Azərbaycanda yumşaldıcı tədbirlər həyata keçirilir. Bu fonda diqqət çəkən məqamlardan biri iqtisadiiyatın qlobal miqyasda tədricən canlanmasıdır. Elə bu durum da neftə olan tələbin yenidən artması ilə müşahidə edilir.

Hesab edilir ki, iyun ayından dünyanın aparıcı iqtisadiyyata malik bütün ölkələrində karantin rejimi bundan sonra da nəzərəçarpacaq dərəcədə yumşaldılacaq, insanların hərəkətinə qoyulmuş məhdudiyyətlər aradan qaldırılacaq. Bu isə nəqliyyat xidmətlərinə və dolayısı ilə yanacağa tələbatı artıracaq. Odur ki, analitiklər 2020-ci ilin ikinci yarısından neftin qiymətinin 50-60  dollara yüksələcəyini proqnozlaşdırır. Ekspertlərin fikrincə, OPEC+ sazişi çərçivəsində hasilatı məhdudlaşdıran yeni razılaşmaların olmasının gözlənilməsi də neft qiymətlərini bu il yüksəldəcək daha bir vacib addım olacaq. Artıq bu gözləntilər fonunda neft qiymətlərində artım qeydə alınır. Elə Azərbaycan neftinin də qiyməti bahalaşır. Belə ki, “Azeri Light” markalı neftin bir barreli indi 37 dollardan baha satılır. Proseslər indiki qaydada davam etsə, qiymətin elə iyun ayında 40 dollarlıq həddi keçməsi gözlənilir. Gələn ay ərzində isə neft qiymətlərinin Azərbaycan dövlət büdcəsində nəzərdə tutulan həddə, yəni 55 dollara çatması proqnozlaşdırılır. Bunu tətikləyəcək daha bir amil isə okeanın o tayında baş verənlərdir. Çünki ABŞ neft sənayesinin faktiki çöküşü də enerji bazarında artıq fərqli bir durum yaradır.  

Məsələ burasındadır ki, Amerikada neft hasilatının rekord həcmdə azalması müşahidə olinur. Ölkədə neft-qaz qazma qurğularının sayı tarixi minimuma enib, şirkətlər isə kütləvi şəkildə müflisləşir və işlərini dayandırırlar. "ShaleProfile Analytics" şirkətinin proqnozuna görə, ABŞ bu gedişlə şist neft hasilatının üçdə birini itirəcək. Böhran sənayenin əsas problemlərindən birini daha da kəskinləşdirib, bu da texnologiyanın xüsusiyyətlərinə görə quyuların sürətlə tükənməsidir. Belə ki, qazma işləri başa çatdıqdan az sonra şist yataqlarında hasilat aşağı düşür və əvvəlki məhsuldarlıq itir. Bunu kompensasiya etmək üçün daim yeni quyular qazmaq lazımdır. Amma hazırkı vəziyyətdə bu, maliyyə çatışmazlığı üzündən sadəcə mümkün deyil. Məhz bu səbəbdən şirkətlər kütləvi şəkildə müflisləşir. "Haynes & Boone" şirkətinin məlumatına görə, ilin əvvəlindən etibarən ümumi borcu 15 milyard dollar olan 18 hasilatçı müflisləşmə prosedurunu başlayıb. Onların sırasında ən böyük şist şirkətlərindən biri "Whiting Petroleum", eləcə də "California Resources" və "Chesapeake Energy" kimi nəhənglər də var. Mayın sonunda "Unit" şirkəti də iflas işi üzrə məhkəməyə sənədlərini təqdim edib. Dallas Federal Ehtiyat Bankının araşdırmasına görə, rentabellik üçün neftin bir barrelə görə orta hesabla qiyməti 49 dollar olmalıdır. Qurumun proqnozlarına görə, 40 dollar qiymətlə il ərzində istehsalçıların yalnız 15 faizi biznesdə qala biləcək. Nəticədə, analitiklərin dəyərləndirmələrinə görə, ABŞ-da şist hasilatı sutkada beş milyon barreldən aşağı düşə bilər. Halbuki, 2019-cu ildə amerikalılar neft hasilatında irəli çıxaraq Rusiya və Səudiyyə Ərəbistanını qabaqlayıb. ABŞ 70 il ərzində ilk dəfə olaraq “qara qızıl”ın xalis ixracatçısına çevrilib. Ölkədə gündəlik 10 milyon barreldən artıq neft hasil edilirdi. Amma bu göstərici artıq yarıya kimi azalacaq. "The Wall Street Journal" nəşrinin məlumatına görə, ölkənin 15 ən böyük şist şirkəti yeni yataqların işlənməsi üçün nəzərdə tutulmuş büdcələrini orta hesabla 48 faiz ixtisar ediblər.
"Emirates NBD" ticarət bazarlarının analitiki Edvard Bell məsələ ilə bağlı bildirib:"Əminliklə demək olar ki, Amerika bu il neft hasilatında liderliyini itirəcək. Və bu, ehtimal ki, gözlədiyimizdən daha tez baş verəcək. Koronavirus pandemiyası neft sənayesini dağıdıb, benzinə, aviasiya və dizel yanacağına tələbatın sürətlə və görünməmiş bir şəkildə azalmasına səbəb olub. Buna Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı "epik qiymət müharibəsini" və Amerika neft şirkətlərinin balanslarındakı böyük borcları əlavə edin. Üstəlik, bütün Amerika şistçiləri onları satın ala biləcək digər ölkələrin şirkətləri üçün asan yem ola bilər. Əsas təhlükə Çinin canlanan iqtisadiyyatı və onun ucuzlaşan xarici aktivlərə olan marağı ilə bağlıdır. Amerika neft yataqlarının orta qiyməti iki dəfə azalıb: 42 min dollardan 20 min dollara qədər. Vaşinqton isə Çinin onun enerji sektoruna müdaxiləsindən ehtiyatlanır”. Məhz bu vəziyyətdə ABŞ neft qiymətlərinin artıq ilin ikinci yarısında 50 dollarlıq həddi keçməsi üçün səylərini, Rusiya ilə Səudiyyə Ərəbistanı arasında olan dialoqlarını daha da intensivləşdirib. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, karantindən tədrici çıxış da neft qiymətlərini yüksəldir. Məsələn, ən böyük hasilatçı olan Çində neftə tələbat, praktiki olaraq, böhrandan əvvəlki səviyyələrə qayıdıb və  hazırda sutkada 13 milyon barrel təşkil edir. Bu, 2019-cu ilin mayına nisbətdə cəmi 400 min barrel azdır. Avropada da neftə tələb artır. Bu durumda neft qiymətlərinin sürətli yüksəlişi də qaçılmaz saylır. Qeyd olunduğu kimi, ilin ikinci yarısında qiymətlərin 50 dollarlıq həddi keçməsi gözlənir. Ümumiyyətlə, il ərzində qiymətlərin 50-60 dollarlıq bir intervalda dəyişməsi gözlənir. Belə vəziyyət, bir çox hasilatçılar kimi, Azərbaycan üçün də məqbuldur. Hesab edilir ki, hadisələrin bu tempdə inkişafı Azərbaycanın neft gəlirlərinin ilin əvvəlində nəzərdə tutulan həddə və ya ona yaxın olmasını şərtləndirəcək.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ