İnsanın milliyətini təkcə dogulduğu yer, şəxsiyyət vəsiqəsində yazılan ad müəyyən etmir. Milliyət daha çox ruhla bağlıdır, qanında olsun gərək.. Rüstəm İbrahimbəyov adlı Vətən xaini bunun bariz nümunəsidir. Xalq yazıçısı, “Şöhrət” ordenli, ən əsası isə, özünü Azərbaycan vətəndaşı kimi təqdim edən “azərbaycanlı” Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” adlı kadr yıgınında erməni xislətini açıq-aydın ortaya qoyub, Rusiyaya yaltaqlanaraq bir növ sovet imperiyası həsrətini işıqlandırıb. Hansısa xarici təşkilatların, erməni lobbisinin sifarişi ilə qələmə alındığı aydın görünən ssenarinin müəllifliyi yalnız İbrahimbəyov kimi əqidəsiz, ruhunu sənəti qarışıq satan şərəf yoxsullarına yaraşardı...
Qondarma erməni soyqrımının 100 illiyi ərəfəsində çəkilən “Qafqaz üçlüyü”nün sifarişçiləri bəllidir, elə məqsədləri də.. Satın alınan İbrahimbəyov isə azərbaycanlıları vəhşi, qorxaq, mədəniyyətsiz göstərərək, təkcə xalqa deyil, elə özünə də xəyanət edib, təkcə milli-mənəvi dəyərlərimizi deyil, öz mənliyini də tapdalayıb. Lakin bir şeyi unudub - 1998-ci ildə rejissoru və ssenari müəllifi olduğu “Ailə” filmini.. Filmin məzmununa görə, “ XX əsrin 80-cı illərinin axırı sovet epoxasının sonunun başlanğıcı oldu. İlk "odu" erməni millətçiləri "yandırdılar". Onlar Dağlıq Qarabağa öz ərazi iddialarını irəli sürdülər. Kreml elitası bu məsələyə münasibət bildirmək əvəzinə susmağı üstün tutdu. Beləliklə də, azərbaycanlılar Ermənistandan, öz dədə-baba yurdlarından zorla qovuldular” Filmdəki hadisələr bu fonda cərəyan edir. Film, sosialist cəmiyyətinin "özəyi" kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunmuşdu və indi “Qafqaz üçlüyü” filmində tam əksini demeyə çalışan Rüstəm adlı böhtançıdan soruşmaq lazımdır ki, bu təzadı nəyə bağlamaq olar. Roman Balayan adlı eyni məzhəbə qulluq etdiyi rejissorla növbəti, yeni filmə hazırlaşan İbrahimbəyov, yəqin ki, bunu yaşlılıqdan irəli gələn unutqanlıqdan etmir, mən unutduğu bir milyon məcburi köçkün və qaçqınlarımızı, işğal olunan torpaqlarımızı, əsirlərimizi, şəhidlərimizi demirəm, ancaq aldığı sifarişə görə filmində qorxaq azərbaycanlı fonunda mərd cəsur erməni usağı obrazı verərkən, heç olmasa, Füzulinin Alxanlı kəndində erməni gülləsindən dünyasını dəyişən 2 yaşlı Zəhranın, Qarabağda təcavüzə uğrayan, analarının qarnından nizə ilə çıxarılan körpələrin ruhlarından utanardı.. Ancaq o da var ki, utanmaq üçün vicdanlı və şərəfli olmaq gərəkdir. ..
Çingiz BAYRAMOV
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri