Cümə axşamı günü, 22 oktyabr 2026
     

"Azər­bay­can Çin­giz Ayt­ma­to­vun və­tə­ni­dir və biz onun­la qü­rur du­yu­ruq" - Hi­da­yət Oru­co­v

Image


Azər­bay­can Res­pub­li­ka­sı­nın Qır­ğı­zıs­tan Res­pub­li­ka­sın­da­kı föv­qə­la­də və sə­la­hiy­yət­li sə­fi­ri Hi­da­yət Oru­co­vun bu öl­kə­nin rus di­lin­də çı­xan apa­rı­cı "Uan" (Bir) jur­na­lı­nın müx­bi­ri Ay­qe­ma Mir­za­ob­du­la­ye­va­ya ver­di­yi mü­sa­hi­bə­nin Azər­bay­can di­lin­də tər­cü­mə­si­ni təq­dim edi­rik

- Cə­nab sə­fir, gə­lin söh­bə­ti­mi­zə dip­lo­ma­tik fəa­liy­yət­dən de­yil, Si­zin ya­ra­dı­cı tə­rə­fi­ni­zə nə­zər sal­maq­la baş­la­yaq...

- Gənc yaş­la­rım­dan yük­sək mə­su­liy­yət da­şı­yan və­zi­fə­lər tut­mu­şam. 21 ya­şım olan­da Si­zin kol­le­qa­nız ola­raq döv­ri mət­bu­at­da ça­lış­mı­şam. So­vet döv­rün­də İrə­van­da azər­bay­can di­lin­də qə­zet çı­xır­dı və mən o qə­zet­də işə baş­la­dım. Tə­əs­süf ki, hə­min dövr­də bü­gün­kü qə­zet bol­lu­ğu yox idi. Cə­fər Cab­bar­lı adı­na İrə­van Azər­bay­can Döv­lət Dram Te­at­rı­nın di­rek­to­ru tə­yin olu­nan­da isə hə­lə 24 ya­şım ta­mam ol­ma­mış­dı. O za­man əleyh­dar­la­rım de­yir­di ki, gə­rək mə­ni pio­ner baş dəs­tə rəh­bə­ri qo­yay­dı­lar. Siz bu ba­rə­də mə­lu­mat­lı­sız? İn­di axı pio­ner­lər yox­du...

Bu əleyh­dar­la­rım gü­man et­mir­di­lər ki, SSRİ döv­rün­də ye­ga­nə adam ola­raq düz 16 il döv­lət te­at­rı­nın di­rek­to­ru və­zi­fə­sin­də qa­la bi­lə­rəm. O dövr­də hə­min te­atr özü­nün çox is­te­dad­lı kol­lek­ti­vi ilə Qaf­qa­zın ən ta­nın­mış te­atr­la­rın­dan bi­ri ol­du. Hət­ta mə­ni o za­man SSRİ Mə­də­niy­yət Na­zir­li­yi­nin kol­le­gi­ya­sı­na da də­vət et­miş­di­lər və te­atr sa­hə­si­nin in­ki­şa­fı ilə bağ­lı mə­nə tez-tez mü­ra­ci­ət edir­di­lər.

Son­ra mən Ba­kı­ya kö­çə­rək "Gənc­lik" nəş­riy­ya­tı­nın Baş re­dak­to­ru ol­dum. Öl­kə­miz müs­tə­qil­li­yi­ni əl­də et­dik­dən son­ra isə ar­tıq si­ya­si və­zi­fə­lər­də mə­sul si­ma­lar­dan ol­dum.

Mə­nim hə­ya­tım­da çə­tin dövr­lər də olub. Mən So­vet­lər İt­ti­fa­qı­nın qa­da­ğa­lar re­ji­mi­ni, er­mə­ni mil­lət­çi­li­yi­ni, er­mə­ni­lə­rin xal­qı­mı­za qar­şı tö­rət­di­yi eks­tre­miz­mi, Azər­bay­ca­na qar­şı iş­ğal­çı­lıq si­ya­sə­ti­ni, tor­paq­la­rı­mı­zın iş­ğal olun­ma­sı­nı və soy­daş­la­rı­mı­zın de­por­ta­si­ya­sı­nı gör­düm. Bun­la­rı mən həm də ya­zı­çı ola­raq özü­nə­məx­sus tərz­də ya­şa­dım.

- Mən bi­li­rəm ki, ya­zı­çı ki­mi Siz Azər­bay­can ədə­biy­ya­tı­nın in­ki­şa­fı­na bö­yük töh­fə ver­mi­siz. Bir sı­ra­da dün­ya klas­sik­lə­ri­nin əsər­lə­ri­ni - Şeks­pi­rin "So­nu yax­şı bi­tən hər şey yax­şı­dır" pye­si­ni, Har­ri­et Bi­çer-Stou­nun "Tom da­yı­nın ko­ma­sı" ro­ma­nı­nı, həm­çi­nin bir sı­ra in­gi­lis, is­land və rus şa­ir­lə­ri­nin əsər­lə­ri­ni tər­cü­mə et­mi­siz...

- Tər­cü­mə işi ilə məş­ğul ol­ma­ğı gənc yaş­la­rım­dan sev­mi­şəm. Hə­lə mək­təb­li ikən Şeks­pi­rin, Puş­ki­nin, Ler­mon­to­vun, Na­zim hik­mə­tin və di­gər­lə­ri­nin əsər­lə­ri­ni tər­cü­mə et­mə­yi ar­zu­la­yır­dım. Alek­sanr Ser­ge­ye­vi­çin əsər­lə­ri­ni nə­in­ki öz di­li­miz­də, həm də ori­ji­nal­da əz­bər bi­lir­dim. Ya­xud in­di­yə­dək Ser­gey Ye­se­ni­nin mis­ra­la­rı­nı xa­tır­la­yı­ram...(şei­ri de­yir)

Gənc yaş­la­rım­da XIX əs­rin bir çox rus, in­gi­lis, is­land klas­sik poe­zi­ya­sı­nın nü­mu­nə­lə­ri­ni di­li­mi­zə tər­cü­mə et­mi­şəm. Da­ha ön­cə di­gər şa­ir­lə­ri­mi­zin di­lə­mi­zə tər­cü­mə et­di­yi Şeks­pi­rin "Otel­lo", "ham­let" əsər­lə­ri­ni çox se­vi­rəm. Özüm isə onun "So­nu yax­şı bi­tən hər şey yax­şı­dır" pye­si­ni tər­cü­mə et­mi­şəm. Bu, Şeks­pi­rin şe­devr­lə­rin­dən bi­ri­dir. La­kin tə­əs­süf ki, 70-ci il­lər­də So­vet İt­ti­fa­qın­da onun uğur­lu səh­nə qo­yu­lu­şu ol­ma­dı. Bun­dan əla­və, Har­ri­et Bi­çer-Stou­nun "Tom da­yı­nın ko­ma­sı" əsə­ri­ni tər­cü­mə et­mi­şəm və onu uşaq yaş­la­rım­da oxu­ma­dı­ğı­ma çox tə­əs­süf­lən­mi­şəm. Ümu­miy­yət­lə, mən hə­mi­şə o əsər­lə­ri tər­cü­mə et­mi­şəm ki, onu özüm yaz­maq is­tə­mi­şəm, la­kin tə­əs­süf ki, ya bəl­kə də nə yax­şı ki, on­lar ar­tıq ya­zı­lıb. 2011-ci il­də azər­bay­can di­lin­də əsər­lə­ri­min on cild­li­yi çap olu­nub, onun 2 cil­di tər­cü­mə­lə­rim­dir.

- Bəs ya­ra­dı­cı­lıq Si­zi dip­lo­ma­ti­ya ilə ne­cə bağ­la­dı?

- Azər­bay­ca­nın müs­tə­qil­li­yi­nin bər­pa­sın­dan son­ra mən yük­sək mə­sul və­zi­fə tut­dum. Sə­fir tə­yin olun­ma­ğı­ma qə­dər 14 il Azər­bay­ca­nın mil­li si­ya­sə­ti üz­rə Döv­lət mü­şa­vi­ri ol­dum. Bu­nun 10 ili­ni bi­la­va­si­tə ümum­mil­li li­der Hey­dər Əli­ye­vin rəh­bər­li­yi al­tın­da iş­lə­dim. Bu in­san tək­cə epo­xa de­yil­di, həm də qey­ri-adi aka­de­mi­ya idi. Bir­gə iş­lə­di­yi­miz dövr­də mən mil­li si­ya­sət sa­hə­sin­də çox bö­yük təc­rü­bə əl­də et­dim. Son­ra­dan Pre­zi­dent, Za­ti-ali­lə­ri İl­ham Əli­ye­vin mü­va­fiq sə­rən­ca­mı ilə Di­ni İş­lər üz­rə Döv­lət Ko­mi­tə­si­nə rəh­bər tə­yin olun­dum və 6 il bu və­zi­fə­də ça­lış­dım. Bu iş­lər­lə ey­ni vaxt­da mən həm də dip­lo­ma­ti­ya ilə məş­ğul ol­dum. Bu il­lər ər­zin­də nə­in­ki XİN sə­viy­yə­sin­də, ey­ni za­man­da bir çox öl­kə­lə­rin pre­zi­dent­lə­ri ilə də gö­rüş­lə­rim ol­du. Da­ha son­ra Pre­zi­dent İl­ham Əli­yev mə­ni Azır­bay­can Res­pub­li­ka­sı­nın Qır­ğı­zıs­tan­da­kı sə­fi­ri tə­yin et­di. Bu çox mə­sul bir və­zi­fə ol­du­ğun­dan, mən qa­baq­ca­dan öz üzə­rim­də çox cid­di ça­lış­dım. İlk ay­lar­da Qır­ğı­zıs­tan re­al­lıq­la­rı ilə ta­nış ol­dum, bu öl­kə­nin si­ya­sə­ti­ni, onun di­gər öl­kə­lər­lə mü­na­si­bət­lə­ri­ni mü­şa­hi­də et­dim. Ha­zır­da çox se­vi­ni­rəm ki, qar­daş Qır­ğı­zıs­tan­da de­mok­ra­ti­ya­nın və iq­ti­sa­diy­ya­tın in­ki­şa­fı üz­rə sta­bil pro­ses ge­dir və yax­şı­ya doğ­ru irə­li­lə­yiş var.

- 2013-cü il­də Azər­bay­ca­nın Qır­ğı­zıs­tan­da­kı sə­fi­ri pos­tu­nu uğur­la qə­bul et­di­niz. Bu 4 il­də Qır­ğı­zıs­tan və Azər­bay­can ara­sın­da iki­tə­rəf­li əmək­daş­lıq­da han­sı də­yi­şik­lik­lər baş ve­rib?

- Mən Azər­bay­ca­nın sə­fi­ri ola­raq dip­lo­ma­tik və­zi­fə­mə 2013-cü il yan­va­rın 21-də baş­la­mı­şam. Çox se­vi­ni­rəm ki, bu il­lər ər­zin­də öl­kə­lə­ri­miz ara­sın­da bü­tün sa­hə­lər­də - si­ya­si, iq­ti­sa­di, so­si­al və xü­su­si­lə hu­ma­ni­tar sfe­ra­da əmək­daş­lıq for­ma­la­şıb. Azər­bay­can­da Qır­ğı­zıs­ta­nı ta­nı­dan xey­li say­da təd­bir ke­çi­ri­lib və biz bu is­ti­qa­mət­də fəa­liy­yə­ti­mi­zi da­vam et­di­rə­cə­yik.

- Qır­ğı­zıs­tan və Azər­bay­can ara­sın­da iki­tə­rəf­li əmək­daş­lı­ğın da­ha di­na­mik in­ki­şa­fı üçün han­sı təd­bir­lər gö­rü­lüb və nə­lər plan­laş­dı­rı­lır?

- İs­tər müx­tə­lif na­zir­lik­lər, is­tər­sə də hö­ku­mət sə­viy­yə­sin­də çox bö­yük iş apa­rı­lır. Bü­tün sa­hə­lər­də mü­na­si­bət­lə­ri­mi­zin ge­niş­lən­di­ril­mə­si və in­ki­şaf et­di­ril­mə­si  öl­kə­lə­ri­mi­zin pre­zi­dent­lə­ri­nin prio­ri­tet­lə­ri sı­ra­sın­da yer alır. Biz küt­lə­vi təd­bir­lər­də iş­ti­rak edi­rik: Azər­bay­can Qır­ğı­zıs­tan­da ak­tiv­lik gös­tə­rir, Qır­ğı­zıs­tan Azər­bay­can­da ke­çi­ri­lən təd­bir­lər­də fə­al iş­ti­rak edir. Mə­sə­lən, bir il ön­cə Qır­ğı­zıs­tan­da II Ümum­dün­ya Kö­çə­ri Oyun­la­rı ke­çi­ril­di. Həm bi­rin­ci, həm də ikin­ci Oyun­lar­da Azər­bay­can bö­yük bir nü­ma­yən­də he­yə­ti - 70 nə­fər­lə bu Oyun­lar­da iş­ti­rak et­di. Az əv­vəl isə Azər­bay­can­da İs­la­mia­da - IV İs­lam Həm­rəy­li­yi Oyun­la­rı ke­çi­ril­di. Oyun­lar­da hər şey ən yük­sək sə­viy­yə­də təş­kil olun­muş­du və bu təd­bir də Asi­ya öl­kə­lə­ri ilə Azər­bay­can ara­sın­da əla­qə­lə­rin möh­kəm­lən­mə­si­nə öz töh­fə­si­ni ver­di. Qar­daş Qır­ğı­zıs­tan hə­min Oyun­lar­da çox ak­tiv iş­ti­rak edə­rək 10-cu ye­ri tut­du. 56 öl­kə­nin qa­tıl­dı­ğı Oyun­lar­da bu çox yük­sək, fəx­ri yer idi.

Öl­kə­lə­ri­miz ara­sın­da mə­də­niy­yət mü­ba­di­lə­si də ar­tıb. Bu­nun təs­di­qi ki­mi hu­ma­ni­tar sa­hə­də baş ve­rən bir ne­çə ha­di­sə­ni xa­tır­la­maq ye­tər­li­dir:

Çin­giz Ayt­ma­to­vun xa­ti­rə gü­nü ilə bağ­lı 2013-cü ilin de­kab­rın­da döv­lət sə­viy­yə­sin­də da­hi ya­zı­çı və mü­tə­fək­ki­rin 85 il­li­yi qeyd olun­du.

Qır­ğı­zıs­ta­nın Mil­li Ki­tab­xa­na­sın­da "Od­lar Yur­du-Azər­bay­can" ad­lı ki­tab sər­gi­si və Azər­bay­can Res­pub­li­ka­sı Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin ha­mi­li­yi­lə "Çin­giz Ayt­ma­tov - Türk ru­hu­nun tən­tə­nə­si" top­lu­su­nun təq­di­ma­tı ol­du.

2014-cü il mar­tın 4-də Ab­dı­las Mal­dı­ba­yev adı­na Qır­ğı­zıs­tan Mil­li Aka­de­mik Ope­ra və Ba­let Te­at­rın­da Azər­bay­ca­nın Xalq ya­zı­çı­sı Ana­rın mü­əl­lif ge­cə­si ke­çi­ril­di.

Hə­min il ok­tyab­rın 15-də Qır­ğı­zıs­tan Mil­li Aka­de­mik Ope­ra və Ba­let Te­at­rın­da Azər­bay­can ge­cə­si təş­kil olun­du. Hə­min ge­cə çər­çi­və­sin­də, həm­çi­nin, bu zal­da qır­ğız ope­ra us­ta­la­rı­nın ifa­sın­da Üze­yir Ha­cı­bə­yo­vun "Ar­şın mal alan" ope­ret­ta­sı­nın prem­ye­ra­sı baş tut­du.

2014-cü ilin 9 de­kabr ta­ri­xin­də Ba­kı­da da­hi qır­ğız şai­ri və bəs­tə­ka­rı Tok­to­qul Sa­tıl­qa­no­vun 150 il­li­yi­nə həsr olun­muş bey­nəl­xalq el­mi kon­frans ke­çi­ril­di.

2015-ci il mar­tın 17-də Azər­bay­can Res­pub­li­ka­sı­nın Qır­ğı­zıs­tan­da­kı Sə­fir­li­yi və "Ro­za Otun­ba­ye­va­nın Tə­şəb­bü­sü" fon­du­nun ha­mi­li­yi­lə Qır­ğı­zıs­tan Mil­li Kon­ser­va­to­ri­ya­sın­da "Mu­si­qi - xal­qın ru­hu" ad­lı təd­bir ke­çi­ril­di.

2015-ci ilin 16 ok­tyab­rın­da Qır­ğı­zıs­tan Mil­li Fi­lar­mo­ni­ya­sı­nın səh­nə­sin­də "Azər­bay­can mu­si­qi­si qo­na­ğı­mız­dır" ad­lı təd­bir baş tut­du.

17 mart 2917-ci il ta­rix­də da­hi Azər­bay­can bəs­tə­ka­rı Üze­yir Ha­cı­bə­yo­vun 130 il­lik yu­bi­le­yi Qır­ğı­zıs­tan Mil­li Aka­de­mik Ope­ra və Ba­let Te­at­rın­da qeyd olun­du və ey­ni za­man­da bö­yük qa­la kon­sert ke­çi­ril­di.

17 de­kabr 2016-cı il ta­rix­də isə Qır­ğı­zıs­tan Mil­li Aka­de­mik Ope­ra və Ba­let Te­at­rın­da Azər­bay­ca­nın dün­ya şöh­rət­li mu­si­qi xa­di­mi Rə­şid Beh­bu­do­vun 100 il­lik yu­bi­le­yi­nə və məş­hur mü­ğən­ni Müs­lüm Ma­qo­ma­ye­vin ya­ra­dı­cı­lı­ğı­na həsr olun­muş ge­cə ke­çi­ril­di.

İki öl­kə­nin ədə­biy­yat adam­la­rı ara­sın­da da əla­qə­lər möh­kəm­lə­nir. Be­lə ki, Qır­ğı­zıs­tan ya­zı­çı­la­rın­dan iba­rət nü­ma­yən­də he­yə­ti Azər­bay­can Ya­zı­çı­lar İt­ti­fa­qı­nın 80 il­lik yu­bi­le­yin­də və VII qu­rul­ta­yın­da iş­ti­rak edib.

Ha­zır­da Qır­ğı­zıs­tan­da Azər­bay­can mə­də­niy­yə­ti və Azər­bay­can­da Qır­ğı­zıs­tan mə­də­niy­yə­ti gün­lə­ri­nin ke­çi­ril­mə­si­nə ha­zır­la­şı­rıq. Qa­baq­ca­dan proq­ra­mı açıq­la­maq is­tə­mi­rəm, la­kin söz ve­ri­rəm ki, mə­də­niy­yət gün­lə­ri adi və ənə­nə­vi qay­da­da ol­ma­ya­caq və qar­daş Qır­ğız və Azər­bay­can xalq­la­rı­nın yad­da­şın­da iz bu­ra­xa­caq. Be­lə təd­bir­lə­rin təş­ki­li isə bi­zim qar­daş xalq­la­rı­mı­zı da­ha da ya­xın­laş­dı­rır.

-Yə­ni iki mə­də­niy­yə­tin tə­ma­sı­na və in­ki­şa­fı­na po­ten­si­al möv­cud­dur...

- Mən bu­nu mə­də­niy­yət­lə­ri­mi­zin zən­gin­ləş­di­ril­mə­si ad­lan­dı­rar­dım.

- Azər­bay­can və Qır­ğı­zıs­ta­nı əsas bir­ləş­di­rən də­yər hər iki­si­nin ey­ni - türk kö­kən­li ol­ma­sı­dır. Türk­dil­li Öl­kə­lə­rin Əmək­daş­lıq Təş­ki­la­tı ilə iş­lər han­sı və­ziy­yət­də­dir? Di­gər öl­kə­lə­rin bu­ra­ya cəlb olun­ma­sı və ye­ni la­yi­hə­lər­lə bağ­lı iş apa­rı­lır­mı?

- Əv­və­la, Azər­bay­can və Qır­ğı­zıs­tan bü­tün bey­nəl­xalq təş­ki­lat­lar­la - BMT, ATƏT, ATƏT PA ilə çox sıx əmək­daş­lıq edir. Bi­zim Qır­ğı­zıs­tan­la ümu­mi­lik­lə­ri­miz çox­dur. Hey­dər Əli­yev 1995-ci il­də Qır­ğı­zıs­ta­na sə­fə­ri za­ma­nı de­miş­di ki, "Ma­nas" bi­zim ümu­mi di­li­miz­də ya­zı­lıb. O de­yir­di ki, "Ma­nas" tək­cə mə­də­niy­yət abi­də­si və qır­ğız xal­qı­nın mə­də­ni in­ci­si de­yil, o həm də bü­tün türk dün­ya­sı­nın, si­vi­li­za­si­ya­nın in­ci­si­dir. Ey­ni za­man­da bu ədə­biy­yat abi­də­si həm də Azər­bay­ca­na məx­sus­dur. Qır­ğı­zıs­ta­nın bir çox gör­kəm­li ədə­bi nü­mu­nə­lə­ri Azər­bay­can di­li­nə tər­cü­mə olu­nub. Ey­ni za­man­da "Ma­nas" da di­li­mi­zə tər­cü­mə edi­lib. Mah­mud Kaş­qa­ri­ni biz azər­bay­can­lı ki­mi qə­bul edi­rik.

Mən qır­ğız di­lin­də oxu­yar­kən bu di­li şi­fa­hi da­nı­şıq­dan da­ha çox an­la­yı­ram. Şi­fa­hi di­lin öz dia­lekt­lə­ri var. Bi­zim di­li­miz­də­ki fərq də dia­lekt fər­qi­dir. Azər­bay­ca­nın bir dia­lek­ti var, Qır­ğı­zıs­ta­nın baş­qa. Qır­ğız di­lin­də oxu­duq­da gö­rü­rəm ki, bir çox söz­lə­ri­mi­zin kö­kü ey­ni­dir, şə­kil­çi­lə­ri fərq­lə­nir. Ümu­mən gö­tür­dük­də, tə­bii ki, fərq­lər var. Çün­ki hər bir xal­qın mə­də­niy­yə­tin­də, in­cə­sə­nə­tin­də özü­nə­məx­sus­lu­ğu möv­cud­dur.

Fik­rim­cə, Türk­dil­li Öl­kə­lə­rin Əmək­daş­lıq Təş­ki­la­tı ki­mi proq­ram­lar çox önəm­li­dir. O tək­cə iq­ti­sa­di və si­ya­si de­yil, dil­lə­rin və mə­də­niy­yət­lə­rin qar­şı­lıq­lı zən­gin­ləş­mə­si yö­nün­də də çox bö­yük iş­lər gö­rür. Azər­bay­ca­nın tə­şəb­bü­sü ilə Türk Mə­də­ni İrs Fon­du ya­ra­dı­lıb. Bu la­yi­hə­nin hə­ya­ta keç­mə­sin­də çox bö­yük ak­tiv­lik gös­tə­rən Azər­bay­ca­nın bi­rin­ci xa­nı­mı Meh­ri­ban Əli­ye­va­nın dəs­tə­yi­lə ar­tıq bu fond fəa­liy­yət gös­tə­rir. Biz mə­də­ni əmək­daş­lıq sa­hə­sin­də da­vam­lı iş apa­rı­rıq.

- Qır­ğı­zıs­tan­da ol­du­ğu ki­mi, Azər­bay­can­da da da­hi Çin­giz Ayt­ma­to­vu yax­şı ta­nı­yır­lar?

- Çin­giz Ayt­ma­tov Azər­bay­can üçün tək­cə da­hi ya­zı­çı və bö­yük mü­tə­fək­kir de­yil. Azər­bay­can Çin­giz Ayt­ma­tov üçün Və­tən­dir, Qır­ğı­zıs­tan ki­mi doğ­ma Və­tən. Mən uşaq yaş­la­rım­dan Çin­giz Ayt­ma­to­vun əsər­lə­ri­ni azər­bay­can di­lin­də oxu­mu­şam. İlk "Cə­mi­lə" ki­ta­bın­dan baş­la­mış "Qır­mı­zı yay­lıq­lı qo­va­ğım mə­nim", "İlk mü­əl­lim" ki­mi əsər­lə­ri Azər­bay­can di­li­nə tər­cü­mə olu­na­raq dö­nə-dö­nə nəşr edi­lib.

50 il­li­yin­dən baş­la­ya­raq Çin­giz Ayt­ma­to­vun bü­tün yu­bi­ley­lə­ri Ba­kı­da qeyd olu­nur. 80 il­lik yu­bi­ley təd­bi­rin­də isə o özü də iş­ti­rak edib. Pre­zi­dent İl­ham Əli­ye­vin də­və­ti­lə Ba­kı­ya gə­lən ya­zı­çı­nı öl­kə baş­çı­mız o za­man "Dost­luq" or­de­ni ilə təl­tif et­di. Azər­bay­ca­nın bu bö­yük mü­ka­fa­tı­nı ilk də­fə məhz bö­yük ya­zı­çı al­dı.

Çin­giz Ayt­ma­to­vun 85 il­lik yu­bi­le­yi mü­na­si­bə­ti­lə isə, Pre­zi­den­tin gös­tə­ri­şi­lə döv­lət sə­viy­yə­sin­də Aka­de­mik Mil­li Dram Te­at­rın­da tən­tə­nə­li təd­bir ke­çi­ril­di və ilk ki­tab çap­dan çıx­dı. Bu yu­bi­ley, Qır­ğı­zıs­tan is­tis­na ol­maq­la, heç yer­də be­lə tən­tə­nə ilə qeyd olun­ma­mış­dı. Ona gö­rə bir da­ha tək­rar edi­rəm ki, Azər­bay­can Çin­giz Ayt­ma­to­vun Və­tə­ni­dir və biz onun­la qü­rur du­yu­ruq.

- Si­zə dip­lo­ma­tik mis­si­ya­nı­zı ba­şa vur­maq­da uğur­lar ar­zu­la­yı­rıq.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ