Bazar günü günü, 14 dekabr 2025
     

Rusiya tarixində müttəfiqlərə “sadiqliyin” bariz nümunəsi - Qarabağ xanı necə öldürüldü...

Image

Pərviz Ağalarov: “İbrahimxəlil xanın Lisaneviç tərəfindən xaincəsinə öldürülməsi də çar Rusiyasının həyata keçirdiyi cinayətlərin ilklərindən biridir”

Çar Rusiyasının qanla yoğrulmuş Qafqaz siyasəti bölgəmizə saysız faciələr, qarşıdurmalar, təbədüllatlar gətirdi.

I Pyotrdan başlamış bu mənfur siyasətdən Azərbaycan böyük ziyanlar çəkdi və o dövrdə mövcud olan xanlıqlarımız işğal olundu, xanlarımızın bəzilərini “müttəfiqləri” ruslar qətlə yetirdilər. Xanlıqlar dövründə çar Rusiyasının apardığı siyasət nəticəsində Gəncə, Qarabağ, Lənkəran xanlıqları işğal edildi, Qarabağ xanı İbrahimxəlil Cavanşir xaincəsinə qətlə yetirildi.

Çar Rusiyası Qarabağ xanı İbrahimxəlil Cavanşiri necə xaincəsinə qətlə yetirdi?

Tarixi sənədlərdən bilirik ki, çar Rusiyası ilə Qarabağ xanlığı arasında 1805-ci ildə imzalanmış Kürəkçay müqaviləsindən sonra Qarabağ xanlığının hüquqları əllərindən alındı və bundan sonra xanlığın və xan ailəsinin faciələri başladı.

Professor Anar İsgəndərli yazır ki, o dövrün ən böyük cinayətlərindən biri İbrahimxəlil xanın öldürülməsi idi: “1805-ci ildə Kürəkçay müqaviləsindən bir qədər sonra erməni tərəfi çar Rusiyasının nümayəndələrini inandıra bildi ki, Qarabağ xanı İbrahimxəlil xan, guya Rusiyaya xəyanət edib. O, Kürəkçay müqaviləsinə riayət etmək istəmir və rus mayoru Dmitri Lisaneviç 1806-cı ilin yayında İbrahimxəlil xan başda olmaqla ailənin 17 üzvünü qılıncdan keçirdi. Halbuki, nə İbrahimxəlil xanın xəyanəti, nə də digər bir hal var idi. Sadəcə olaraq, ermənilər İbrahimxəlil xanı hakimiyyətdən salmaq, fiziki cəhətdən məhv etmək üçün rus qüvvələri ilə birləşib onları inandıra bildilər və mayor Lisaneviç belə böyük cinayətə əl atdı. Beləliklə, çarizmin müstəqil Azərbaycan xanlıqlarını işğal etməsindən sonra bu əraziyə köçürülən ermənilərə həm də böyük səlahiyyət verildi”.

“Rusiyaya etibar etmək olmaz, bu dövlət Cənubi Qafqaza işğalçı kimi gəlib”

Tarixçi Pərviz Ağalarov “Bakı-Xəbər”ə bildirdi ki, Rusiya Kürəkçay müqaviləsindən əvvəl 1802-ci ildə Quba və Lənkəran xanlıqları ilə də “Georgiyevsk” sazişini imzalamışdı: “Amma digər sazişlər kimi bu saziş də bir qədər sonra lüzumsuz kağız parçasına çevrilmişdi. Əslində bu sazişlər Rusiyanın Azərbaycan torpaqlarının işğalı prosesində tətbiq etdiyi taktiki gedişlərin tərkib hissəsi idi.

Ölkənin parçalanmış vəziyyətdə olması, Azərbaycan xanları arasında fikir ayrılıqları və çəkişmələr işğal prosesini asanlaşdırırdı. Xüsusilə Ağa Məhəmməd şah Qacarın Şuşada sui-qəsd nəticəsində qətlə yetirilməsi Rusiyanı daha çox iştahlandırmışdı. Təəssüf ki, ondan sonra hakimiyyətə gələn qardaşı öğlu Fətəli şah Ağa Məhəmməd şah Qacar kimi qətiyyətli olmadı.

Bütün bunlar torpaqlarımızın “rus ayısı” tərəfindən işğalını asanlaşdıran faktorlara çevrildi.

Baş verən hadisə bütün Qarabağ və qonşu ərazilərdə böyük əks-səda doğurur. Bundan qorxuya düşən Rusiya, xanlığı birbaşa ləğv etmək fikrindən əl çəkməyə məcbur olur və İbrahimxəlil xanın varsisi Mehdiqulu xan ilə də Kürəkçay müqaviləsinin şərtləri əsasında yeni müqavilə imzalayır.

Sonrakı illərdə həm Qacarlara, həm də Osmanlılara qalib gələn Rusiya Cənubi Qafqazda möhkəmlənir. Bundan sonra onun yerli xanlara ehtiyacı qalmamışdı. Bir-birinin ardınca əvvəlcə Şəki, sonra Şamaxı və 1822-ci ildə Qarabağ xanlığı da ləğv edilir. Bu, Kürəkçay müqaviləsinin kobudcasına pozulması demək idi. Tarix ən yaxşı müəllimdir, onu öyrənib dərs çıxaranlar əcdadların səhvlərini təkrarlamazlar. Təəssüf ki, uzun illər boyu bu tarix bizə unutduruldu. İstər çar Rusiyası, istərsə də sovet dövründə Azərbaycan tarixi ya tədqiq edilmir, ya da saxtalaşdırılırdı”.

P.Ağalarov qeyd etdi ki, tariximiz yalnız Azərbaycanın şimalı yenidən müstəqullik əldə etdikdən sonra obyektiv şəkildə öyrənilməyə başladı, tarixçilərimiz taleyüklü məsələləri araşdırıb əsl həqiqətləri ortaya qoydular: “Biz tariximizi diqqətlə öyrənməli və ondan dərs çıxarmalıyıq. Unutmayaq ki, tarix unudanları bağışlamır. Rusiyaya etibar etmək olmaz, bu dövlət Cənubi Qafqaza işğalçı kimi gəlib. “Rus ayısının” Azərbaycana, Azərbaycan xalqına qarşı etdiyi cinayətlərin sayı-hesabı yoxdur.

İbrahimxəlil xanın Lisaneviç tərəfindən xaincəsinə öldürülməsi də çar Rusiyasının həyata keçirdiyi cinayətlərin ilklərindən biridir. Və bu cinayət nəinki cəzasız qaldı, hətta Lisaneviçin rütbəsi artırıldı. Yalnız bu hadisədın xeyli sonra, 1825-ci ildə əli Azərbaycan xanlarının qanına bulaşmış Lisaneviç Şimali Qafqazda başından xəncərlə vurularaq layiq olduğu cəzanı aldı...”

Professor Minaxanım Təkləli (Nuriyeva) bu barədə yazır: “...İbrahim (İbrahimxəlil xan) xanla onun öz gələcək qatili mayor Lisaneviçin ilk görüşü müxtəlif müəlliflərdə eyni cür təsvir olunub: "1805-ci ilin mayında Kürəkçay sahilində sülh müqaviləsi bağlanan kimi general Pavel Sisianov mayor Dmitri Lisaneviçi 500 soldatla Qarabağa göndərir" (Mirzə Yusif Qarabaği. "Tarixi-Safi"); "Sərdar Sisianov mayor Lisaneviçi beş yüz yeger adlanan dəstə və topxana ilə Qarabağda - İbrahim xanın yanında olmağa təyin elədi" (Mirzə Mehdi Xəzani. "Kitabi-Tarixi Qarabağ") və s.

Təfərrüatlara varsaq görəcəyik ki, qalaya hücum vaxtı Cavad xanı ortancıl oğlu Hüseynqulu ağa ilə birlikdə general Pavel Sisianovun böyük etimad bəslədiyi "Qoçu" ləqəbli Lisaneviç öldürmüşdü. Tarixi sənədlər də bunu təsdiq edir ki, 23 nəfər ailə fərdləri və saray adamları ilə birlikdə Qarabağ xanı İbrahim Xəlil Cavanşiri də bu "dəli" mayor Dmitri Lisaneviç qətl etmişdi. Aradan düz 19 il keçəndən sonra isə - 1825-ci ilin iyulunda artıq general-leytenant rütbəli qatil Lisaneviç üsyançı qumuqlar tərəfindən öldürülmüş, bununla öz cəzasına çatdırılmışdır. Bu fakt özü işğalçılara qarşı qafqazlıların 60 ildən çox çəkən milli-azadlıq mübarizəsinin amalını və xarakterini göstərən bir fakt kimi həmişə maraq doğurmuşdur.

İbrahim xanı düz bir il sonra ailəsi ilə qətlə yetirən Lisaneviç əslində burada özü xanlıq edirdi. Vəziyyət isə hər yöndən mürəkkəbləşib müdhiş hadisələrə yol açmaqda idi...”

Ekspertlərin, alimlərin fikirlərindən aydın görünür ki, İbrahimxəlil xan Cavanşirin qətl planı birbaşa Peterburqda hazırlanır və onu “dəli” ayamalı mayor Dmitri Lisaneviç xaincəsinə öldürür. Bu, Rusiyanın Azərbaycana vurduğu yaraların ilklərindən idi ki, bu gün də bu acı hadisəni hüznlə xatırlayırıq. Bir daha bu qənaətə gəlirik ki, Rusiyaya etibar etmək olmaz. Rusiyanın necə “etibarlı müttəfiq” olduğunu Qarabağ xanı İbrahimxəlil Cavanşirin özü ilə yanaşı 17 nəfər ailə üzvünün də xaincəsinə qətlə yetirilməsində, öldürülməsində görürük. Gerçəklik budur ki, xanın və ailəsinin qətlinə “müttəfiqi” rəsmi Peterburq fərman verib.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Avropa "Yaşıl keçid" istəyir, Azərbaycan buna da hazırdır...

Bəs deyirdilər Qarabağdan 120 min erməni gedib? - 23 min nə deməkdir?

Emin Əmrullayevin hədəfi doğru, seçdiyi üsul mübahisəli...

SON XƏBƏRLƏR

13.12.2025 / 23:06
Elxan Nəcəfov nazir olandan İstanbuldakı naxçıvanlı uşaqların təhsil hüququ pozulur...

13.12.2025 / 19:25
Rusiyadan ABŞ-a mesaj – o sənədlər bizi məmnun etməyə bilər…

13.12.2025 / 19:10
Rusiya xüsusi təyinatlıları Voronejdə Azərbaycan diaspor nümayəndələrinə qarşı əməliyyat keçirdi - saxlananlar var... -VİDEO

13.12.2025 / 17:40
AB Rusiyanın məşhur Valday Klubuna da sanksiya tətbiq etdi…

13.12.2025 / 17:23
Rusiyanın dondurulmuş 210 milyardı təhlükədə - Avroittifaq pulların Ukraynaya verilməsi üçün ilk addımı atdı...

13.12.2025 / 17:06
Aeroportda özünü şübhəli aparan şəxsin mobil telefonundan görün nə çıxdı...

13.12.2025 / 16:49
İrandan gələn narkotiki Salyanda satmaq istəyənlər tutuldu

13.12.2025 / 16:31
Ərdoğandan Odessada türk gəmisinin vurulmasına reaksiya - onlara zərər vurar…

13.12.2025 / 16:18
Nizamidə quldurluq edib Tərtərdə gizlənirdi... yaxalandı...

13.12.2025 / 15:17
Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ

13.12.2025 / 14:49
Trampın Avropanın daxili işinə müdaxiləsi kəskin rədd edildi...

13.12.2025 / 14:30
Bələdiyyə rəhbərliyinin qanunsuz biznesi çiçəklənir...

13.12.2025 / 14:11
Rusiya Xəzəri yeni müharibə meydanına çevirə bilər...

13.12.2025 / 13:52
Rusiyada diaspor rəhbərimizin işi ermənilərə tapşırıldı - təsadüf, ya....

13.12.2025 / 13:22
Qubada atasının pulunu oğurlayan yeniyetmə saxlanıldı

13.12.2025 / 12:44
Müdafiə Nazirliyində hərbi attaşelərlə ilin yekununa dair toplantı keçirildi

13.12.2025 / 12:10
Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub

13.12.2025 / 09:23
Universitet tələbələrinin dərsliklərlə bağlı ciddi problemi yaranıb...

13.12.2025 / 08:46
Tikintilərdə işçi həyatının qiyməti "3 qəpik olub" - rəqəmlər dəhşətdir...

13.12.2025 / 01:27
Rusiya-Ukrayna müharibəsi Qara dənizdən sonra Xəzərə də sıçradı – “Lukoil”un iki neft platforması vuruldu...

13.12.2025 / 00:48
Rusiya Ərdoğan-Putin görüşündən dərhal sonra Odessada Türkiyə gəmisini vurdu - Qara dəniz müharibə meydanına çevrilir...

12.12.2025 / 22:16
Gürcüstanda aksiya qadağaları sərtləşdirildi…

12.12.2025 / 21:49
Avropa "Yaşıl keçid" istəyir, Azərbaycan buna da hazırdır...

12.12.2025 / 21:34
Ermənistan AB ilə Aİİ arasında, Rusiya çarəsiz durumda qalıb... Overçuk yenə danışdı...

12.12.2025 / 21:19
Venesuela neft blokadasında - Maduro Belarusdan sığınacaq istədi...

12.12.2025 / 21:05
İrəvanda "Arsax" sözü işlədən media bağlandı...

12.12.2025 / 20:52
“Terrorsuz Türkiyə” ciddi problemlə üzləşib - cinayətə batmamış PKK-çı necə təyin ediləcək...

12.12.2025 / 20:39
Tramp 907-ni ləğv etməsə, Azərbaycanda hörmətdən düşəcək...

12.12.2025 / 20:30
Naxçıvanın Kültəpə kəndində yas mərasimində qazdan kütləvi zəhərlənmə - 23 qadın xəstəxanaya yerləşdirildi

12.12.2025 / 20:25
Bəs deyirdilər Qarabağdan 120 min erməni gedib? - 23 min nə deməkdir?

12.12.2025 / 20:15
Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib

12.12.2025 / 20:12
Azərbaycan-Ermənistan-Türkiyə-Aralıq dənizi marşrutu Almaniyada nəzərdən keçirildi...

12.12.2025 / 19:58
AMEA-nın akademikləri də Mehdiyevin üzündən problem yaşayacaq...

12.12.2025 / 19:45
Mədəni-maarif proqramları Azərbaycan cəmiyyətinin rifahı üçün strateji əhəmiyyət daşıyır

12.12.2025 / 19:42
Rusiya Putinin həbsinə orderini qərar verən BCM hakiminə 15 il iş kəsdi...

12.12.2025 / 19:33
Aşqabadda bağlı qapılar arxasında 40 dəqiqlik zirvə - Ərdoğanla Putin nəyi müzakirə etdi...

12.12.2025 / 19:27
Krımda qanunsuz iş aparan Ermitaj alimi Polşada tutuldu - Qarabağı alt-üst etmiş əcnəbi alimlər isə...

12.12.2025 / 19:14
Məhkəmə sistemində tam yeni qurum yaradılır - rəqabət gözləntisi doğrulacaqmı?...

12.12.2025 / 19:08
Türkiyənin tarixi şəhəri - İzmir

12.12.2025 / 19:00
İran "mis mədənləri" ilə Ermənistanı Qərbin asılılığından qorumaq istəyir...

12.12.2025 / 18:53
Türkiyə səfiri: Heydər Əliyev qurucu bir liderdir

12.12.2025 / 18:47
Tramp NATO-dan çıxmaq adı ilə Avropanı şantaj edir(?)...

12.12.2025 / 18:35
Rəfail Hüseynov VHP-nin hansı(sa) nizamnamə maddəsini pozub?..

12.12.2025 / 18:21
Paşinyan “ermənilərin Qarabağa qayıdışı üzrə nə xəritə” hazırlayır...

12.12.2025 / 18:14
Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

12.12.2025 / 18:08
Emin Əmrullayevin hədəfi doğru, seçdiyi üsul mübahisəli...

12.12.2025 / 17:55
Merz Trampın Avropa siyasətinə sərt cavab verdi...

12.12.2025 / 17:46
ABŞ Avropanı parçalayır... 4 ölkə Avropa Birliyindən çıxacaq - Gizli plan sızdırıldı…

12.12.2025 / 17:34
Rusiya Belçikanın “Euroclear” şirkətini məhkəməyə verdi…

12.12.2025 / 17:25
Ailə sevgi və sədaqət ocağıdır

12.12.2025 / 17:20
ABŞ G7-yə alternativ yaradır - Rusiya və Çinin də daxil olacağı Core-5 qrupu…

12.12.2025 / 17:15
MEDİA nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

12.12.2025 / 16:55
Gələn il dünyanın müxtəlif nöqtələrində savaş enerjisi yüksələcək - 2026-cı ilin astroloji-siyasi təhlili

12.12.2025 / 16:31
Trampın Ukrayna planının daha bir detalı ortaya çıxdı - silahsızlaşdırılmış zona Rusiya ərazisi kimi tanınacaq...

12.12.2025 / 16:14
Ukrayna Xəzərdə Rusiyanın iki gəmisini vurdu...

12.12.2025 / 16:01
Şahin Şıxlınskiyə yekun ittiham elan olundu - işi aparan və ifadə verənlər ermənilərdir...

12.12.2025 / 15:48
Nazirlik bələdiyyə sədrinin müavinindən 8 min manatlıq mebel alır

12.12.2025 / 15:25
Şəhid ailələri üçün daşınmaz əmlakın qeydiyyatı rüsumlardan azad edilir

12.12.2025 / 15:11
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə qoşulur...

12.12.2025 / 14:26
Kiyev Donbasda bufer zonanın yaradılmasını dəstəklədi, ancaq şərtləri var…

12.12.2025 / 14:06
Türkiyənin tanınmış müdafiə sənayesi şirkəti Azərbaycanda fəaliyyətə başladı

12.12.2025 / 13:50
Azərbaycan əhalisinin sayı açıqlandı

12.12.2025 / 13:37
AMEA Ramiz Mehdiyevin akadamek adını alır

12.12.2025 / 13:28
Trampdan xəbərdarlıq - Ukrayna münaqişəsi III Dünya müharibəsinə çevrilə bilər

12.12.2025 / 13:10
Tokayev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edir

12.12.2025 / 12:52
Ramiz Mehdiyevin Dövlət Şurası və “son siyahı”

12.12.2025 / 12:44
Xocalıda Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib

12.12.2025 / 12:40
Əli Əsədov Aşqabadda Neytrallıq Abidəsini ziyarət etdi - FOTO

12.12.2025 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib - FOTO

12.12.2025 / 12:07
ABŞ Ticarət Palatasının nümayəndə heyəti Azərbaycana gəlir

12.12.2025 / 11:25
Əli Əsədov: "Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər unikal xarakter daşıyır"

12.12.2025 / 11:18
"Azərbaycan Türkmənistanın BMT himayəsi altında Neytrallıq Universitetinin işində fəal iştiraka hazırdır" – Baş nazir

12.12.2025 / 11:13
Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib

12.12.2025 / 11:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

12.12.2025 / 10:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

12.12.2025 / 09:57
Zelenskidən Donbasla bağlı təəccüblü açıqlama - referendum keçirilə bilər...

12.12.2025 / 09:25
MİDA-nın mənzillərindən "kiberbarmaqlar" kəsilmir ki, kəsilmir...

12.12.2025 / 09:06
Avropa Liqası - "Fənərbağça" darmadağınla qalib gəldi

12.12.2025 / 08:42
"Əldə balta ilə odun da doğramaq olar, adam da" - məktəbdə uşağa verilən suala baxın...

12.12.2025 / 00:31
Ukrayna Xəzərdə “Lukoil”un neft platformasını vurdu - 20-dən çox quyuda əməliyyatlar dayandı…

12.12.2025 / 00:06
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

Mədəni-maarif proqramları Azərbaycan cəmiyyətinin rifahı üçün strateji əhəmiyyət daşıyır

XƏBƏR ARXİVİ