Azərbaycanda 20 meqavat gücündə nüvə reaktoru tikiləcək. Bunu Trend-ə "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədri Adil Qəribov deyib.
Onun sözlərinə görə, gələn il reaktorun layihələndirilməsi üzrə tender elan ediləcək. Nüvə reaktorundan başqa, iki kilovatlıq tədqiqat-təlim reaktoru da işə salınacaq.