ABŞ hökumətinin Dağlıq Qarabağa dair mövqeyi dəyişməz qalır. Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf brifinqdə bəyan edib.
Harf Ermənistanın ABŞ-dakı səfirliyinin Dağlıq Qarabağ separatçı rejiminin "müstəqilliyi” ilə bağlı qəbul keçirmək niyyətini belə şərh edib: "Biz əvvəlki kimi, bütün tərəflərə münaqişə ilə bağlı möhkəm razılaşmaya nail olmaqda kömək etməyə çalışırıq".