ABŞ və Fransa Suriyanın hökumət güclərinə qarşı yeni hava hücumları planlaşdırır. Baki-xeber.com xəbər verir ki, bu barədə “The Middle East Eye” xəbət portal diplomatik mənbələrə istinadən məlumat yayıb.
Xəbərdə mənbələrə istinadən, keçən il ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makronun, Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə edəcəyi halda buna qarşı birgə cavab vermək qərarı xatırladılır. Mənbələr hazırda ABŞ və Fransanın Əsəd rejiminə qarşı hücum planlaşdırdığını deyib. Bunun səbəbinin isə Suriya ordusunun bir müddət əvvəl mülki vətəndaşlara qarşı kimyəvi silahdan istifadə etməsi olduğu bildirilir.
Suriya müxalifətinə yaxın diplomatik mənbə isə, ABŞ-ın Vyana və Soçidəki nəticəsiz danışıqlardan sonra Suriyada Rusiyaya qarşı daha sərt və daha aqressiv mövqe tutmaq qərarı verdiyini iddia edib.