Ankara Cumhurbaşkanlığı İqamətgahında 45-ci Muxtarlar Toplantısında iştirak edən prezident Rəcəb Tayyib Ərdoğan çıxışının böyük bir hissəsini Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində PKK/KCK/PYD-YPG və DEAŞ-a mənsub terrorçuları zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün yanvarın 20-də başlanan Zeytun Budağı Hərəkatına ayırıb.
R.T.Ərdoğan deyib: “Suriyanın şimalında terrorla mübarizədəyik. Regionda DAEŞ-lə ən fəal mübarizəni Türkiyə aparır. Keçən il Fərat Qalxanı Hərəkatı zamanı DAEŞ üzvü 3 min terrorçunu zərərsizləşdirildi. İndi də eynisini Afrinde etmək istəyirik. Afrini də, İdlibi də həll edəcəyik. Qaçqın qardaşlarımızın yenidən öz torpaqlarına, evlərinə qayıtmasını istəyirik. 3,5 milyon qaçqını biz burada - Türkiyədə həmişəlik saxlayacaq halımız yox. Onlar da tezliklə öz torpaqlarına qayıtmaq istəyir.
Türkiyənin Suriya ərazilərindən çıxmasını istəyən bəzi ölkələrə isə deyirik: "Necə ola bilər ki, PKK, DAEŞ, Amerika Birləşmiş Ştatları, Rusiya, İran, Fransa, İngiltərə, hətta İsrail və neçə-neçə ölkə müxtəlif bəhanələrlə Suriyada olsun, amma Türkiyə 911 kilometrlik sərhəd xəttinin olduğu Suriyada ola bilməsin? Belə bir şey ola bilərmi? 700-ə yaxın atəş açdılar, 100-ə yaxın qardaşımız şəhid oldu. Biz hələ də tamaşa etməliydik? Eləmi?
ABŞ-a dəfələrlə terrora qarşı birgə mübarizə aparmaq təklifi etdik. Ancaq ABŞ terrorçularla birlikdə hərəkət etməyi üstün tutdu. Türkiyə də terrorla mübarizəni öz imkanları ilə etməyə qərar verdi. Afrin hərəkatı olduqca uğurlu şəkildə davam edir.”