Erməni alimi Njde Eranyan qədim sərdabə və kurqanlarla bağlı araşdırmalarını Azərbaycanın işğal altında saxladıqları ərazilərində apardığı üçün Florensiyada keçiriləcək elmi konfransa buraxılmayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, NEWS.am saytına özü məlumat verib. Bildirib ki, iştirak məqsədilə verdiyi təqdimat “tədqiqat obyekti mübahisəli ərazidə yerləşdiyi üçün” YUNESKO-nun müvafiq qərardadı üzrə geri çevrilib.
Erməni alimi deyir ki, bununla onun hüquqları pozulub, lakin şikayət vermək üçün heç bir əsas tapa bilmir. Komissiyaya göndərdiyi ərizəyə qoyulan dərkənarda isə göstərilir ki, ərizə rədd edilir və bu mövzu müzakirə edilə bilməz.
Xatırladaq ki, İran və Qafqaz ərazisindəki kurqanlara həsr olunmuş elmi konfrans Florensiyada 29-30 mart tarixlərində keçiriləcək.