Rusiya Suriyanın cənubunda 4 yeni hərbi hava bazası qurmağa hazırlaşır. Baki-xeber.com xəbər verir ki, bu barədə İsrailin kəşfiyyat təşkilatı “Mossad”a yaxınlığı ilə tanınan “Debka” saytı məlumat yayıb.
Bildirilir ki, Rusiyanın bundan əvvəl hərbi qüvvələrini Suriyadan çıxaracağını açıqlamasına baxmayaraq, Əsədin nəzarətində olan Tiyas, Palmira, Hama və Homs bölgələrində 4 yeni hərbi hava bazası qurmağı planlaşdırır. Məlumata görə Rusiya rəhbərliyi Suriyaya 6 min əlavə hərbi qüvvə göndərməyi qərara alıb.
Sayt, sözügedən bazaların xüsusilə ABŞ bazalarının yerləşdiyi bölgələrin yaxınlığında qurulacağını iddia edir.
Xəbərdə Rusiyanın gələcək Suriya hökumətinə bu şəkildə təsir etməyi planlaşdırdığı iddia edilir.