Suriya rejimi müxaliflərin nəzarətində olan İdlibin Serakib bölgəsində dinc sakinlərin yaşadığı yaşayış məntəqəsini xlor qazı yüklü bomba ilə vurub.
Baki-xeber.com-un xəbərinə görə, bu barəsə ABŞ XİN-in sözçüsü Heather Nauert açıqlama verib. Açıqlamada bildirilib ki, ABŞ Suriya rejiminin günahsız insanlara qarşı xlor qazı istifadəsi barədə xəbərlərdən ciddi narahatlıq keçirərək həyəcan təbili çalır. Son bir ayda rejim tərəfindən bu tip hücumların 6 dəfə həyata keçirildiyi bildirilən açıqlamada beynəlxalq aləm Bəşər Əsəd rejiminə sərt təpki verməyə çağırılır. Eyni zamanda dövlət katibi Reks Tillersonun keçən ay Parisdə etdiyi çıxışında Şərqi Qutaya hücumda Rusiyanın da məsul olduğunu vurğuladığını xatırladaraq, Moskvanı Suriya rejiminə verdiyi sözə əməl etməsi üçün təzyiq göstərməməkdə qınayır.
“Baş verənlərdən Suriya xalqı əziyyət çəkir, dünyanın qalan hissəsi isə bu dəhşəti seyr edərək susur” o deyib.