ABŞ İraqdakı hərbi qüvvələrini bu ölkədən çıxarmağa başlayıb. Baki-xeber.com xəbər verir ki, bu barədə AP xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ üçün İraqa muzdlu əsgər göndərən şirkətlər, terror təşkilatı İŞİD-in məğlubiyyətindən sonra amerikalı əsgərlərin bu ölkədən çıxarılmağa başlandığını bildirib. Iraqdakı ABŞ əsgərlərinin, silah və avadanlığının Əfqanıstana köçürüldüyünü bildirən agentlik xəbər verir ki, keçən ay çox sayda amerikalı əsgər bölgədən çıxarılıb.
İraq hakimiyyəti də İŞİD üzərində “qələbə” çalındığını elan edəndən sonra ABŞ bu ölkədəki qüvvələrini azaltmağa başladığını bildirib. İraq hökumətinin sözçüsü Səad Əl-Haditinin sözlərinə görə, İŞİD-lə mübarizə bitib və Amerikanın iştirakının səviyyəsi azaldılacaq.
Haditi bu ixtisarın hələ erkən mərhələdə olduğunu, ABŞ qüvvələrinin tam geri çəkilməsinin göstəricisi olmadığını qeyd edib. Ancaq İraqdakı ABŞ koalisiyası bazasındakı qərb podratçılarına istinadla yayılmış məlumatlara görə, ABŞ əsgərləri artıq ölkədən çıxmağa başlayıb.