Niderland səfirini Türkiyədən geri çağırıb. Baki-xeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bundan sonra Niderland Türkiyədə səfir təyin etməyəcək.
Niderlandın Türkiyənin Amsterdamda səfir təyin etməyə icazə verməyəcəyi də bildirilir.
Niderland krallığı da səfirini rəsmi şəkildə geri çağırdığını elan edib. Krallığın Xarici İşlər Nazirliyindən bildirlib ki, Türkiyənin Niderlanda təyin edəcəyi səfirin etimadnaməsi də qəbul edilməyəcək. XİN-in məlumatına görə, bununla bağlı rəsmi Ankara ilə aparılan ikitərəfli müzakirələr dayandırılıb.
Rəsmi Ankara hələ bu məlumatı şərh etməyib.
Qeyd edək ki, mart ayında türkiyəli nazirlərin Niderlandda keçirməyi planlaşdırdığı görüşlərin əngəllənməsindən sonra Türkiyə bu ölkənin Ankara səfirini ölkəyə buraxmayacağını bəyan edib.
Bundan başqa, Niderland polisi Rotterdamda olan Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı ölkədən çıxarıb.