Suriyanın İdlib şəhəri üzərində Rusiyanın Su-25 döyüş təyyarəsinin vurulmasının məsuliyyətini Fətih əl Şam terror qruplaşması öz üzərinə götürüb.
Baki-xeber.com-un xəbərinə görə, Rusiya Müdafiə Nazirliyi İdlibdə Fətih əl Şamın nəzarətində olan bölgədə Rusiyanın Su-25 tipli döyüş təyyarəsinin vurulduğunu, pilotun isə, paraşütlə atılmağa imkan tapsa da, terrorçularla çıxan atışmada həyatını itirdiyini açıqlayıb.
Qeyd edək ki, daha öncə Rus hərbi birliklərinin Fətih əl-Şamın nəzarətində olan bölgədə əməliyyat keçirdiyi, azı 30 qruplaşma üzvünü məhv etdiyi iddia edilib.