Moskvada “əsrin ən güclü qar yağıntısı” nəticəsində bir nəfər həyatını itirib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Moskva şəhər meri Sergey Sobyanin özünün sosial şəbəkədəki səhifəsində yazıb. Xəbərə görə, onun üzərinə qırılan ağac düşüb. Ağacın qırılması eyni zamanda elektrik kəsintisinə də yol açıb.
Şəhər meri ümimilikdə pis hava şəraiti üzündən 5 nəfərin xəsarət aldığını yazıb.
Daha öncə Rusiyanın hidrometeorologiya mərkəzi şənbə günü Moskvaya düşən qarın meteomüşahidə dövründə ən güclü qar yağıntısı olduğunu bildirib.