Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
“Trend”-in məlumatına görə, telefon danışığı zamanı tərəflər Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatını, ötən həftə Rusiyanın Soçi şəhərində keçirilən Suriya Milli Dialoq Konqresini və ikitərəfli münasibətləri müzakirə edib.
Ərdoğan Türkiyənin hər hansı dövlətin ərazilərini ələ keçirməyə çalışmadığını bildirərək vurğulayıb ki, "Zeytun budağı" əməliyyatının məqsədi Afrindəki PYD/YPG və İŞİD terrorçularının məhv edilməsidir.