Türkiyənin Afrində “Zeytun Budağı” əməliyyatı ilə sıxışdırdığı terror təşkilatı PKK-nın Suriya qanadı PYD/YPG ağır vəziyyətdən çıxmaq üçün Bəşər Əsəd rejimi ilə danışıqlar aparır. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd edlir ki, PYD/YPG terrorçuları, Suriya kəşfiyyatı ilə 9 dəfə birbaşa, 1 dəfə isə bölgədəki ərəb tayfaları vasitəsilə görüşüb. Türkiyənin hədəfində olan Afrin şəhərini 7 şərtlə təhvil vermək istəyən terror təşkilatı, rejimdən mərkəzi hakimiyyətə bağlı genişləndirilmiş səlahiyyətlərə malik yerli özünüidarəetmə modeli istəyiblər.
Əsəd rejimi isə heç bir şərti qəbul etməyib, əksinə, terror təşkilatının sıxışdığını fürsətdən istifadə edərək Deyrizor və Raqqanı da Afrin ilə birlikdə onlara təhvil verməsini istəyib. Terror təşkilatı isə Deyrizor və Raqqa şəhərləri barədə öz başına qərar verə bilməyəcəklərini deyiblər.
Xəbərdə bildrilir ki, rəsmi şəxslər, terror təşkilatı PYD/YPG-nin regionu Şimali Koreya kimi qapalı bir vəziyyətə çevirərək nəzarət altında saxlamağa çalışdığını bildirir. Bunun qarşısını almaq üçün, xüsusi xidmət orqanları regiondakı mühüm 28 tayfa liderindən 5-i ilə danışıqlar aparıb, 12 fevrala qədər digər tayfa liderləri ilə də əlaqə yaradılacaq.